Çıxış qurğuları kompüterdə emal olunmuş informasiyanın istifadəçiyə çatdırılmasını təmin edir.
Monitor çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün istifadə olunur. Monitorlar şəklin formalaşdırılması prinsinlərinə görə aşağıdakı növlərə bölünürlər: Elektron şüa borulu (Cathode Ray Tube – CRT), Plazma (Plasma) və LCD (Liquid crystal display – maye kristal displey) və LED (Light Emitting Diods – işıq yayan diodlar). Plazma, LCD və LED monitorlar nazik səth formasında olur, çəkiləri çox kiçik olur.

Rəngli CRT monitorlar aşağıdakı hissələrdən ibarətdir:
1. Üç elektron topu (qırmızı, yaşıl və göy işıqlanma lüminoforu nöqtələri üçün)
2. Elektron şüaları
3. Cəmləşdirmə dövrəsi
4. Səpmə dövrəsi
5. Anod əlaqəsi
6. Göstərilmiş təsvirin qırmızı, yaşıl və göy hissələri üçün şüaları ayırmaq üçün maska
7. Qırmızı, yaşıl və göy zonalar ilə fosfor (lüminessensiya) qatı
8. İri planda ekranın daxili tərəfinin fosfor (lüminessensiya) örtüyü
LCD monitorlar arxa işıqlandırma mənbəyi kimi bir və ya iki böyük floresent lampadan istifadə edir. Lakin müxtəlif rənglər LCD hissəcikləri tərəfindən idarə olunur. Belə ki, bu hissəciklər darvaza rolunu oynayaraq, işıqlandırma lampasından LCD panelinin önünə qırmızı, yaşıl və ya mavi rəngin keçidinə icazə verir.
Plazma monitorlar CRT monitorlar kimi işləyirlər, lakin fosfor örtüklü tək bir səth yerinə yastı və yüngül bir səthdə milyonlarla fosforla örtülmüş şüşə qabarcıqları matrislənməklə hazırlanırlar. Plazma monitorların müsbət xüsusiyyətləri – nazikdirlər, rəngləri təsvir etmələri mükəmməldir, təzadlığı (kontrast) LCD-dən daha yaxşıdır, LCD-dən daha ucuzdur. Mənfi xüsusiyyətləri – həssasdır (daşınma əsnasında zədələnə bilər), qaranlıq səhnələrin təsviri CRT-də olduğu qədər yaxşı deyil, zaman keçdikcə görüntü keyfiyyəti azalır, LCD-lərdən daha ağırdır.
LED monitorlar təsviri formalaşdırmaq üçün bir səthdə yerləşdirilmiş çoxlu sayda işıq yayan diodlardan ibarətdir.
Monitorlar aşağıdakı parametrlərlə xarakterizə olunurlar:
ü ekran diaqonalının ölçüsü - fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14, 15, 17, 19 və 21 düym.
ü ekranın mütənasibliyi (ancaq LCD üçün) – CRT monitorlarda tərəflərin mütənasibliyi həmişə 3:4 olduğu halda, LCD monitorlarda bu nisbət müxtəlif olur (əksər hallarda (16:9).
ü ekran pikselinin qiyməti – ekrandakı nöqtənin minimal ölçüsüdür.17 düymlük CRT monitorlarda bu kəmiyyət 0,27-0,24 mm, LCD displeylərdə isə 0,28-0,29 mm olur.
ü seyrəklik qabiliyyəti (videorejim) - monitorda yerləşən nöqtələrin sayını təyin edir: 640x480 (14`), 800x600 (15`), 1024x768 (17`), 1152x854 (19`), 1280x1024 (20`), 1600x1200 (21`). Praktikada istənilən monitor daha böyük seyrəkliyi dəstəkləyə bilir. Əgər CRT monitorlar böyük diapazonlu seyrəklikdə işləyə bilirsə, LCD monitorlar onların matrislərinin hazırlandığı seyrəklik qiymətinə bağlı olur. Məsələn, 15-düymlü monitorların əksəriyyəti 1024x768 piksel videorejimi dəstəkləyir.
ü açılışın maksimal tezliyi (CRT üçün) – bir saniyədə ekran təsvirinin neçə dəfə yenilənməsini təyin edir və hers vasitəsilə ölçülür
ü təzadlıq dərəcəsi və müşahidə bucağı – ekrandakı təsvirin rənglərinin bir-birindən fərqlənməsini və müxtəlif bucaqlardan baxdıqda görüntü keyfiyyətinin dəyişməsini xarakterizə edir.
ü piksellərin əks cavab vermə vaxtı – ekrandakı təsvirin dəyişməsinə sərf olunan minimal vaxtı göstərir.
ü matrisin tipi (son üç parametr ancaq LCD üçündür).

Səs kolonkasından (spiker) audio məlumatları dinləmək üçün istifadə olunur.
Kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu multimedia adlanır. Bu qurğu özündə mikrofonu, web-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Multimedia qurğusunun köməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər.
Qrafik çəkən qurğu (plotter) – qrafiki informasiyanı kağız və başqa tip daşıyıcıya çıxaran qurğu olub, adətən böyük formatda (A0, A1) olan qrafiki materialların çapı üçün istifadə olunur.
Çap texnologiyasına görə plotterlərin müxtəlif növləri vardır:
§ Perolu (qələmli)
§ Karandaş-qələmli
§ Şırnaqlı
§ Elektrostatik
§ Lazerli
§ LED-plotterlər
§ İstilik ötürməsi əsasında təsviri birbaşa çıxaran.
Konstruktiv olaraq plotterlər iki cür olur: barabanlı və planşetli.
|
|
|
|
|
|
Spikerlər |
Qulaqlıq |
Plotter |
Proyektor |
Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür: simvollu və qrafiki. Simvollu printerlər sətirdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda bir düymdə (1 düym=25.4 mm) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları.

Zərb çap qurğularına misal olaraq matris çap qurğularını misal göstərmək olar. Matris çap qurğularının başlığı 9, 18 və ya 24 iynədən ibarət olur. Çap başlığı ilə kağız arasında rəngli lent olur. Çap başlığında simvol formalaşandan sonra iynələr hərəkətə gəlir, rəngli lentə zərbə vuraraq kağız üzərində simvolu formalaşdırır.
Zərbsiz çap qurğulara misal olaraq şırnaqlı, lazer, LED və termoprinterləri göstərmək olar.
Şırnaqlı printerlərin işləmə prinsipi başqa printerlərdən fərqlənir. Bu printerlərdə çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur və bu deşiklərdən mürəkkəbi kağız üzərinə püskürdülür. Şırnaqlı printerin qiyməti nisbətən ucuz olur. Rəngli çap etmə qabiliyyətinə malik olurlar. 1 düym məsafədə 300¸1200 nöqtə vura bilirlər. Çap sürəti dəqiqədə 2¸6 səhifədir. Çap başlığında 48-dən 416-ya qədər deşik olur.
|
|
|
|
|
|
Dot-matrix |
Ink-jet |
Laser-jet |
Thermo |
Lazer çap qurğularında şəkillər kağız üzərinə aralıq məlumat daşıyıcısı vasitəsilə yazılır. Şəkil lazer şüanın köməyi ilə əvvəlcə aralıq məlumat daşıyıcısına yazılır (neqativ alınır) və daha sonra bu məlumat daşıyıcısının üst qatı quru toz (toner) ilə örtülür. Ağ kağız bu barabanın üstü ilə dartılaraq və yüksək istilik hesabına barabandakı şəkil (neqativ) kağız üzərinə hopur.
Lazer printerlərin əsas hissəsi yarımkeçirici lazer olan fotohəssas çap barabanı və optik-mexaniki sistemdir. Lazer qurğularının çap keyfiyyəti və sürəti çox yüksəkdir. Bu çap qurğuları dəqiqədə 4 -16 səhifə çap edə bilir və 1 düymdə 600 ÷ 1200 nöqtə yaza bilir.
Lazer printerlər kiçik işləmə sürətinə malik (dəqiqədə 4-6 səhifə), orta işləmə sürətinə malik (dəqiqədə 7-11 səhifə) və kollektiv istifadəli (dəqiqədə 12 səhifə) olurlar.
LED printerlərdə yarımkeçirici lazeri xırda işıq diodları əvəz edir. Bu halda mürəkkəb optik sistemdən istifadə etməyə ehtiyac qalmır. İşığa həssas baraban üzərində bir sətrin təsviri eyni zamanda alınır.
Printerlərin əsas xarakteristikaları bunlardır:
ü əməliyyat prinsipi;
ü rəng imkanları;
ü qrafiki imkanları və ya onların olmaması;
ü işləmə qabiliyyəti;
ü çap keyfiyyəti;
ü çap sürəti;
ü qiyməti.