Kompüterin daxili yaddaşı

Kompüterin yaddaş sistemi iki hissədən ibarətdir:
    1) Daxili yaddaş
    2) Xarici yaddaş



Kompüterin daxili yaddaşı (memory)

·         ROM – Read Only Memory – silinə və dəyişdirilə bilməyən yaddaş. BIOS bu yaddaş qurğusunda saxlanılır.

o   PROM – Programmable ROM bir dəfə yazıla bilir.

o   EPROM – Erasable PROM yazıla, silinə və yenidən yazıla bilir. Silmək üçün bənövşəyi şüadan istifadə olunur.

o   EEPROM – Electrically EPROM flaş yaddaşdır. Silmə elektrik siqnalları vasitəsilə reallaşdırılır.

·         RAM – Random Access Memory – əməli yaddaşdır.

o   Static RAM (SRAM) – L1, L2 və L3 keş yaddaş qurğularında istifadə edilir. Hər bit üçün dörd tranzistor istifadə edilir. İki tranzistor isə, oxuma-yazma əməliyyatlarında yaddaş hücrəsinə müraciəti idarə edir.

ü  Çox sürətlidir

ü  Çox bahalıdır

ü  Çox böyük yaddaşdır

ü  Az enerji tələb edir

o   Dynamic RAM (DRAM) – yaddaşın daimi yenilənməsini tələb edir. Hər bit üçün yalnız bir tranzistor və kapasitordan istifadə edilir.

ü  Synchronous DRAM (SDRAM) – ümumi sistemin saat sürəti ilə sinxron işləyir.

ü  Rambus DRAM – 400 MHz FSB (front-side bus) Pentium 4 ilə təqdim olunub. İntel-in əməkdaşı olan Rambus Inc. tərəfindən istehsal olunub. SDRAM-dan bahadır.

ü  Double Data Rate (DDR) SDRAM – SDRAM-dan ikiqat sürətlidir (1600 MB/san).

ü  DDR2 SDRAM – 3200 MB/san

ü  DDR3 SDRAM – 6400 MB/san

 

Əməli yaddaşdan ədədin oxunması təqribən bir neçə nanosaniyə müddətində olur. Bu isə yüksəksürətli mikroprosessorun (CPU) işini ləngidir. Bu problemi aradan qaldırmaq üçün Keş-yaddaşdan (cashe) istifadə edirlər. Keş-yaddaşa müraciət vaxtı RAM-a nisbətən on dəfəyə qədər az olur. Keş-yaddaşın özü  əsasən iki səviyyəli olur. I-ci səviyyəli keş-yaddaş Level 1 adlanır və mikroprosessorun içərisində olur. Yaddaş tutumu 32-128 kB olur. II-ci səviyyəli keş-yaddaş Level 2 adlanır və mikroprosessorla əməli yaddaş arasında ana plata üzərində yerləşir. L2 keş-yaddaşın məlumat tutumu bir neçə (əsasən, 2-4 MB) Mbayt həcmində olur.

            ROM yaddaş ana kartlardakı BIOS mikrosxemində yerləşir və orada BIOS (basic input-output system) proqramı saxlanılır. Bu proqram fərdi kompüterin resuslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır. BIOS üzərində dəyişikliklər zamanı CMOS dövrəyə qoşulur.

Ana kart üzərində yerləşən CMOS (Complimentary Metal Oxide Semiconductor – metal-oksid yarımkeçirici) mikrosxemi fərdi kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir. O, ana kart üzərindəki xüsusi batareyadan qidalanan əməli yaddaş növüdür.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov