Fərdi kompüterlərin aşağıdakı növləri vardır:
§ Stolüstü kompüterlər (desktop):
- ev şəraitində istifadə olunan kompüterlər – universal kompüterlər kimi xarakterizə olunur.
- işçi stansiyalar - çox dar bir çərçivə daxilində yerləşən məsələləri, məsələn, mətn və ya elektron cədvəlləri ilə işləmə məsələlərini həll edir.
- stolüstü nəşriyyat kompüterləri – “kağız” nəşrinin çapdan əvvəlki hazırlığı və ya kütləvi informasiya vasitələrinin elektron vasitələrinin taradılması üçün təyin edilmişdir.
- serverlər – paylaşdırıcı kompüter olub, əsas işi müəssisənin və ya Internet qovşağının lokal şəbəkəsini idarə etməkdir.
§ Stolüstü mini-kompüterlər (Barebone)
§ Planşet kompüterlər (Tablet PC)
§ Yığcam (portativ) kompüterlər (Notebook)
§ Subnoutbuklar (Subnotebook)
§ Cib kompüterləri (PDA)
§ Kommunikator və smartfonlar