Kompüterlərin nəsilləri

I nəsil kompüterlərin element bazasını vakuum lampalar təşkil edirdi. Onların istehsal dövrü 1943-1956-cı iiləri əhatə edirdi. Saniyədə 20000-ə yaxın əməliyyat yerinə yetirə bilirdilər, yaddaş tutumları təqribən 1000 kompüter sözü idi. Bu kompüterlərə ENIAC, EDVAC, EDSAC, UNİVAC, MESM, BESM, BESM-2, Strela, Minsk-1, M-3;,20; Ural-1; 2-ni misal göstərmək olar. Onların əsas göstəriciləri maqnit baraban yaddaş, hər kompüter üçün ayrıca aşağı səviyyəli dillər (maşın dili), perfokartlarla daxiletmə, çapla xaricetmə, eyni vaxtda bir əməliyyat yerinə yetirmə, çox böyük həcm idi.

II nəsil kompüterlərin element bazasını tranzistorlar təşkil edirdi. Onların istehsal dövrü 1957-1963-cü iiləri əhatə edirdi. Saniyədə 100000-ə yaxın əməliyyat yerinə yetirə bilirdilər, yaddaş tutumları təqribən 10000 kompüter sözü idi. Bu kompüterlərə BESM-4, Minsk-2;22, M-22;220, Ural-14;16, Mir-2-ni misal göstərmək olar. Onların əsas göstəriciləri Assembly dilinə (ikilik koddan simvolik dilə)  keçid, maqnit nüvə yaddaş, Cobol və Fortranın ilk versiyalarının tətbiqi, perfokartlarla daxiletmə, çapla xaricetmə idi. Bu kompüterlər atom enerjisi sənayesi üçün tətbiq edilirdilər.

III nəsil kompüterlərin element bazasını inteqral sxemlər təşkil edirdi. Onların istehsal dövrü 1964-1971-ci iiləri əhatə edirdi. Saniyədə 10000-2000000 əməliyyat yerinə yetirə bilirdilər, yaddaş tutumları təqribən 1000000 kompüter sözü idi. Bu kompüterlərə BM-360; 370, PDP, VAX, CM-1,2, 3,4; 1420, ES EHM, SM EHM-ni misal göstərmək olar. Onların əsas göstəriciləri Klaviatura, monitor, əməliyyat sistemi, bir vaxtda bir neçə tətbiqetməyə (application) qoşulma idi. Bu kompüterlər geniş auditoriyaya çatdırılma üçün istehsal edilmişdilər.

IV nəsil kompüterlərin element bazasını böyük və çox böyük inteqral sxemlər təşkil edir. Onların istehsal dövrü 1971-ci ildən bugünə qədər olan dövrü əhatə edir. Saniyədə yerinə yetirdikləri əməliyyat sayı və yaddaş tutumlarıçox böyükdür. Bu kompüterlərə IBM-PC 286; 386; 486; 586, Pentium I, II, III, IV, Elbrus, Apple və s.-ni misal göstərmək olar.

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov