Kompüterlər işləmə prinsipinə, yaranma mərhələlərinə, ixtisaslaşdırma səviyyəsinə, təyinatına, uyğunluğuna, qabarit ölçülərinə və məhsuldarlığına görə təsnif olunur.
İşləmə prinsipinə görə kompüterlər 3 sinfə bölünür:
1) analoq
2) rəqəm
3) hibrid;
Yaranma mərhələlərinə və element bazasına görə kompüterlər 4 sinfə bölünür:
1) I nəsil
2) II nəsil
3) III nəsil
4) IV nəsil;
1) universal (ümumi təyinatlı)
2) problemyönümlü
3) ixtisaslaşdırılmış;
Uyğunluğuna görə kompüterlər 4 sinfə bölünür:
1) aparat uyğunluğu
2) əməliyyat sistemi səviyyəsində
3) proqram uyğunluğu
4) verilənlər səviyyəsində uyğunluq;
Qabarit ölçüləri və məhsuldarlığına görə kompüterlər 4 əsas sinfə bölünür:
1) super kompüterlər
2) meynfreymlər
3) mini kompüterlər
4) mikrokompüterlər