Meynfreym (böyük və orta kompüterlər) çoxlu sayda prosessorlar, böyük bir otaq həcmi, terminallar və fərdi kompüterlərlə minlərlə istifadəçinin giriş-çıxış ehtiyaclarını qarşılama kimi xarakteristikalara malikdir. Onlar WWW-də serverlər kimi, banklar, hava yolları, universitetlər, hökumətlər və s. sahələrdə istifadə olunur. Meynfreymlərə IBM S/390, Control Data CYBER 176, Amdahl 580-ni misal göstərmək olar.
Minikompüter orta və kiçik ölçülü kompüterlər kimi də tanınır, təkistifadəçili və çoxistifadəçili olurlar, çox istifadəçili olanlar server kimi işlədilirlər, istehsalçıları: IBM, DEC, Prime Computer kimi şirkətlərdir. Biznes, təhsil və digər dövlət idarələrində istifadə olunurlar. İlk mini kompüter PDP-1 hesab olunur. O, 1961-ci ildə yaradılmışdır.
Mikrokompüter mikroprosessorlarla işləyən kompüterlərdir. Onların böyük əksəriyyətini fərdi kompüterlər təşkil edir. İlk fərdi kompüter 1974-cü ildə istehsal olunmuşdur. Onlara misal olaraq IBM-PC və Apple kompüterlərini göstərmək olar.