Sistem bloku (case) xarici görünüşünə görə əsasən iki formada olur: Tower (şaquli) və Desktop (üfiqi).

Fərdi kompüterlərdə əsasən iki tip sistem blokundan: AT – Advanced Technology (qabaqcıl texnologiya) və ATX – Advanced Technology eXtended (genişləndirilmiş qabaqcıl texnologiya) istifadə olunur. IBM PC/AT - 286, 386, 486, Pentium I və II tipli kompüterlərdə AT tipli – sistem blokundan istifadə olunub. Pentium II, III və IV tipli fərdi kompüterlərdə isə ATX tipli sistem blokundan istifadə olunur. ATX sistem blokunda enerjiyə təlabat çox azdır.
Sistem blokunun tipi ona quraşdırılacaq ana kartın ölçüsünə uyğun olmalıdır. Ana kartları bu ölçülərə görə müxtəlif tiplərə bölürlər. Tiplər form faktor termini ilə ifadə olunur. Ana kartın geniş istifadə olunan səkkiz tipi var (ümumilikdə isə 30-dan çox):
1) FullSize
2) Baby AT
3) HalfSize
4) LPX
5) Mini-LPX
6) ATX
7) Mini ATX
8) NLX
Sistem bloku kompüterin bütün mərkəzi qurğularını, bəzi periferik qurğuları və həmçinin, periferik qurğularla əlaqə vasitələrini özündə birləşdirən hissədir.
Sistem blokunun içərisində yerləşən əsas qurğular qida bloku (elektrik təchizatı üçün), anakart (onun üzərində mərkəzi prosessor və əməli yaddaş qurğuları), sərt maqnit disk drayvı, elastik maqnit disk drayvı, optik disk drayvı, kart rider (card reader) və sərinkeşlərdir.