Kompüterdə mərkəzi prosessorla yanaşı, bir neçə ədəd başqa (videokart, səs kartı vəs.) prosessorlar da olur.
Prosessorlar aşağıdakı hissələrdən ibarətdirlər:
· Nüvə – hesab qurğusu olub prosessora daxil olan bütün verilənlər üzərində emal prosesini yerinə yetirir.
· Soprosessor – ən mürəkkəb riyazi hesablamalar və multimedia ilə işi təmin edir.
· Keş-yaddaş – bufer yaddaşı olub, verilənlərə sürətli müraciəti təmin edir.
· Verilənlər şini – kompüterin digər qurğularla verilənlər mübadiləsini təmin edir.
Həm idarəetmə qurğusu (CU), həm də hesab-məntiq qurğusu (ALU) yüksək performanslı yaddaş hissəciklərinə malikdirlər ki, bunlara registr deyilir. Registrlər ümumi təyinatlı və xüsusi təyinatlı olurlar. Xüsusi təyinatlı registrlərə PC (programm counter) – proqram sayğacı və IR (instructions register) – əmrlər registrini misal göstərmək olar.
PC növbəti müraciət olunacaq əmrin ünvan izini (address track) saxlayır. İdarəetmə qurğusu qoşul-icra et (fetch-execute) tsiklinə başlayanda, idarəetmə qurğusu PC-də ünvanı saxlanan əmri əmrlər registrinə köcürür. Növbəti əmrə qoşulma baş verdikdə İQ PC-nin nömrəsini bir vahid artırır, beləliklə PC sıradakı növbəti əmri göstərir.
Sonra idarəetmə qurğusu IR-dəki əmri dekodlaşdırır və icra edir. İcra bitdikdən sonra idarəetmə qurğusu yenidən PC-yə müraciət edir və dövr davam edir.
Digər registrlər ümumi məqsədlidir, onlar verilənləri prosessora daha sürətlə daxil etmək məqsədilə özlərində saxlayırlar. Müxtəlif kompüterlərin müxtəlif sayda registri olur, amma onların ölçüsü kompüter sözünün ölçüsü qədər olur (16-bit, 32-bit).
Registrlərin sayı və ümumi təyinatlı registrlərin təbiəti kompüterin arxitekturasının mühüm hissəsini təşkil edir. Intel x86 arxitekturasında 4 32-bit ümumi məqsədli registr (EAX, EBX, ECX və EDX) və 4 32-bit ünvan hesablama və yaddaş registrləri (ESP, EBP, ESİ və EDİ) var.
Prosessorun əsas göstəriciləri aşağıdakılardır:
ü Takt tezliyi – bir saniyədə prosessorun yerinə yetirdiyi dövrlər sayını göstərir. GHz (qiqahers) ilə ölçülür.
ü Prosessorun mərtəbələr şəbəkəsi və ya verilənlər kanalının genişliyi – eyni vaxtda prosessora daxil ola bilən bitlər sayını göstərir. Müasir prosessorlar əsasən 64 mərtəbəlidir.
ü Keş yaddaşın ölçüləri – prosessorun daha sürətlə işləməsini təmin edir.
ü Nüvələrin sayı – prosessorun işləmə sürəti onun nüvələr sayına mütənasibdir.
ü Hyper Threading – prosessorun eyni anda iki verilənlər axını ilə işləyə bilməsi.
Pentium 4 tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiq qurğusunu (HMQ) birləşdirir (iki nüvəlidir). Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun hesablama məhsuldarlığı saniyədə 112 milyon əməliyyatdır. Mikroprosessorlar işləmə (takt) tezliyinə və verilənlər kanalının genişliyinə görə fərqlənirlər. 8 bitlik bir HMQ bir dəfəyə 2 ədəd 8 bitlik ədəd üzərində hesablama apara bilir. Müasir pentiumlar 32-64 bitlik HMQ-yə malikdirlər.
Müasir fərdi kompüterlərin hesablama məhsuladarlığı saniyədə milyardlarla əməliyyata (GIPS) bərabərdir.
Dünyada ən böyük prosessor istehsalçısı İntel-dir. Onun məhsulları bunlardır: X86, 386, 486, Pentium, İtanium, Celeron, Xeon, i3, i5, i7.
Dünyanın ikinci böyük prosessor istehsalçısı isə AMD-dir. Onun məhsulları bunlardır: K5, K6, Athlon, Duron, Sempron, Opteron, Phenom, Fusion.