Genişləndirmə kartları

Kompüterin daha geniş miqyasda tətbiq olunması üçün anakarta genişləndirilmiş kartlar da qoşulur. Bu cür kartlara şəbəkə kartı, modem, ekran kartı və ya video kart, TV-tüner, radio kartı, səs kartı, slotların sayını artırmaq üçün nəzərdə tutulmuş qızkart (daughterboard) və s. aiddir.

           Şəbəkə kartı lokal kompüter şəbəkələrində kompüterləri bir-biri ilə və eyni zamanda şəbəkənin digər qurğuları ilə əlaqələndirmək üçün istifadə olunur. Ana kart üzərində PCI slotuna qoşulur. Müasir ana kartlarda şəbəkə kabelinin qoşulması üçün xüsusi başlıq (RJ-45) olduğundan əlavə şəbəkə kartına ehtiyac yoxdur.

          Modem  (modulyator – demodulyator) – əlaqə kanallarının (telefon xətləri, radio kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Bu qurğunun çıxışında informasiya modulyasiyaya uğrayır (yəni rəqəmli formatdan analoq formata keçir), girişində isə əksinə demodulyasiya olunur. Çünki kompüterlər yalnız rəqəmli informasiya ilə işlədiyi halda, telefon xətləri analoq impulslar ötürə bilir (hal-hazırda telefon xətləri də rəqəmli informasiya mübadiləsi apara bilir).  Saniyə ərzində həyata keçirilən modulyasiyaların sayı modulyasiyanın sürətini müəyyənləşdirir və bodlarla (bod) ölçülür. Modemin əsas xarakteristikası verilənləri ötürmə sürətidir. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə (PCI slotuna) qoşulur. Xarici modemlər isə ardıcıl  COM və ya USB  portuna qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha olur və fərdi kompüterə rahat qoşulur. Məlumatı ötürmə sürəti 56 Kbit/san qiymətindən çox olur. Modem qurğusunun köməyi ilə istifadəçilərin kompüterləri qlobal kompüter şəbəkəsinə (İnternet) qoşulur.

           Monitorun qəbul etdiyi siqnalları videokart formalaşdırır. Hal-hazırda 30-dan çox parametri ilə fərqlənən videokart tipləri mövcuddur. İlk olaraq rəngləri təsvir edən EGA (Enhanced Graphics Adapter) tipli videokart yaradıldı. Bu videokartlarda əsasən üç rəng (qırmızı, yaşıl, göy) istifadə olunaraq yeni rənglər təsvir olunurdu. Sonralar onu VGA (Video Graphics Array) standart tipli videokart əvəz etdi.

          Son zamanlar anakart istehsalçıları öz məmulatlarının daxilində videokart nüvəsi quraşdırdıqlarından ayrıca videokarta ehtiyac qalmır. Lakin bu standart videokartlar 32 MB-lıq yaddaşa malik olduqlarından yüksək qrafika imkanları tələb edən proqramların işlədilməsi zamanı işin öhdəsindən gələ bilmirlər.

        Videokartlarda təsvirin ekrana çıxarılmasına RAMDAC (Random Access Memory Digital-to-Analog Converter) adlı mikrosxem cavabdeh olur. Bir platada bir neçə RAMDAC mikrosxemləri ola bilər. RAMDAC-ın işləmə tezliyi videorejimin parametrlərini (Şəklin seyrəkliyi, şaquli açılışın tezliyi (Hz), Əks etdirilən rənglərin miqdarı) təyin edir.

            Müasir videokartların RAMDAC-ı əsasən 350-400 MHz tezliklə işləyir. 400 MHz tezlikdə videokart işlədikdə, 32-bitlik rəngdə, 85 HZ tezlikli, 2048x1538 seyrəkliyə malik videorejim əldə olunur. Bu isə cəmi 12 MB videokart yaddaşına uyğundur.

RAMDAC-ın işləmə sürəti həm bahalı, həm də ucuz modellərdə praktik olaraq eynidir, lakin müxtəlif istehsalçıların məhsullarının keyfiyyəti kəskin surətdə fərqlənə bilər. Məsələn, ev istifadəçiləri üçün NVIDIA çipseti əsasındakı videokart keyfiyyətcə MATROX-la müqayisədə geri qalır.

            Əvvəllər videokart PCI slotuna qoşulurdu, 1997-ci ildə AGP (256 MB/s), 1998-ci ildə isə AGP 2x, 1999-da AGP 4x, 2002-ci ildə isə 2GB/san sürətli AGP 8x yaradıldı. Hal-hazırda istehsal olunan videokartların əksəriyyəti PCI-Express x16 (4 GB/s) slotu üçün hesablanmışdır.

Videokartın əsas göstəriciləri:

ü  əməli yaddaşın tutumu və tipi,

ü  qrafiki çipin və yaddaşın işləmə tezliyi,

ü  anakarta qoşulma interfeysi,

ü  32-bitlik rəngin dəstəklənməsi,

ü  tekstura və oyun effektlərinin aparat tərəfindən hamarlaşdırılmasının dəstəklənməsi,

ü  rendering aparta konveyerlərinin miqdarı,

ü  çıxışın rəqəm interfeysinin dəstəklənməsi

ü  əlavə multimedia imkanlarının olmasıdır.

 

TV-tüner – müxtəlif formatlı  (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib,  monitorda göstərilməsini  təmin edən giriş qurğusudur. Bu qurğular da daxili və xarici olurlar.

            Radio kartı radio translyasiyaların kompüter tərəfindən qəbul edilməsi üçün nəzərdə tutulmuş qurğudur.

          Səs kartı yüksək keyfiyyətli səs yazılarını əldə etmək və xaric etmək üçün istifadə olunan ayrıca kartdır. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər.

 

Description: network_card2.jpg

Description: EX560LKU-R-unit.jpg

Description: 0000457_internal_modem_elife_pci_56k.jpeg

Description: Sound-card.jpg

Şəbəkə kartı

Xarici modem

Daxili modem

Səs kartı

Description: ati_radeon_videocard.jpg

Description: 162152.jpg

Description: Tuner_1.jpg

Description: intex_tvtuner__43935_zoom.jpg

Video kart

Radio kart

TV-tuner (daxili)

TV-tuner (xarici)

 


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov