Daxiletmə qurğuları

            Giriş qurğuları müxtəlif təbiətli və müxtəlif tipli informasiyaları kompüterə daxil etmək üçün nəzərdə tutulmuşdur.

            Klaviatura – çap makinası ilə kalkulyatorun hibridini təşkil edir. O həm giriş, həm də idarəetmə qurğusudur. Fərdi kompüterin yarandığı gündən klaviaturanın xarici görünüşü və strukturu, demək olar ki, dəyişməmişdir. Müasir standart klaviaturalar əsasən 104/105 düyməli (1995-ci ilə qədər 101 düyməli) olurlar. Bundan əlavə onlara multimedia, qida mənbəyini idarə edən və brauzerlərin idarəsi üçün düymələr də əlavə olunur ki, bu isə düymələrin sayını daha da artırır.

Description: Product-2006113121117-s.jpg

Klaviatura klavişlərin yerləşməsinə əsasən dörd hissədən ibarətdir:

§  Funksional klaviş qrupu

§  Əlifba-rəqəm klaviş qrupu

§  İdarəetmə klaviş qrupu

§  Rəqəm klaviş qrupu

Klavişləri yerinə yetirdikləri funksiyalara görə isə aşağıdakı qruplara ayırırlar:

·         Ümumi təyinatlı düymələr – bunlar hərf və rəqəmlərin daxil olunması üçündür.

·         Funksional düymələr – F1-F12 düymələr çoxluğu bura aiddir. Bu düymələr istifadə olunan proqramdan asılı olaraq müxtəlif funksiyaları yerinə yetirirlər. Məsələn, F1 düyməsi soraqçanı çağırır.

·         Rəqəm düymələri – klaviaturanın sağ hissəsində yerləşirlər.

·         Kursor idarəetmə düymələri

·         Xüsusi təyinatlı düymələr – Enter, Space bar, Delete, Caps Lock, Num Lock, Backspace, Insert, Shift, Ctrl, Alt, Tab, Esc, Page Up, Page Down, Home, End, Pause/Break, Prn Scr/Sys Rq, Scroll Lock, Winkey, Alt Gr.


Mouse (siçan) – kompüterə məlumat daxil edən giriş qurğusudur. Yerdəyişdirmə vericilərdən (datçiklərdən) və klavişlərdən ibarət olub əl ilə idarə edilən qurğudur. ”Mouse”-u hərəkət etdirməklə kursorun displeyin üzərində hərəkətini təmin edirik. Son dövrlərdə optik və radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur, lakin bir-neçə il əvvələ kimi diyircəkli siçanlardan istifadə olunurdu. Siçan və klaviatura kompüterə əsasən PS/2 və USB portları vasitəsilə qoşulur.


Mikrofon – səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.


Web-kamera – video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur.


Qrafiki planşet (digitizer) – əllə  çəkilən şəkilləri, sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurğusudur. Qurğu qrafiki planşetdən və qələmdən ibarətdir. O iki əsas parametrlə xarakterizə olunur: işçi sahənin ölçüsü  seyrəklik qabiliyyəti.


Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn, şəkil və qrafik məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir.  Daha sonra lazımi qrafiki redaktor proqramlarının köməyi ilə onu ikilik koda çevirərək  disklərə və ya  çap qurğusuna ötürülməsini təmin edir. Skaner fərdi kompüterə USB portu vasitəsi ilə qoşulur.




Description: 25916449-260x260-0-0_Plustek+OpticPro+ST64.jpg

Description: sheet-feed-scanners.jpg

Description: dt.common.streams.StreamServer.jpg

Description: SVP_PS410_600DPI_Colour___Mono_HandyScan_Handheld_Scanner.jpg

Flat-bed

Sheet-fed

Overhead

Handheld

Description: barcode-scanner-nuscan-2100u_hi.jpg

Description: Light_Pen_Gift_Pen.jpg

Barcode

Digitizer

Touchpad

Light pen

Description: webcam.jpg

Description: 1227246986.jpg

Description: Joystick.jpg

Description: pic032.jpg

Web camera

Microphone

Joystick

Mouse


 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov