· İnternetdə ilk axtarış vasitəsi Archie olub. O 1990-cı ildə Monrealdakı McGill Universitetinin Kompüter elmi tələbələri Alan Emtage, Bill Heelan və Peter Deutsch tərəfindən yaradılıb.
· Gopher protokolunun inkişafı iki yeni axtarış proqramının – Veronica və Jughead-in yaradılmasına şərait yaratdı.
· 1993-cü ilin yayında web üçün heç bir axtarış motoru mövcud deyildi. Amma çoxlu sayda əllə yenilənən ixtisaslaşmış kataloqlar var idi. Cenevrə Universitetində Oscar Nierstrasz veb səhifələri dövrü olaraq əks etdirən və standart formatda yazan Perl skriptlər yazdı. Bu ilk primitiv axtarış motoru olan W3Catalog-un əsasını formalaşdırdı (2 sentyabr 1993).
· 1993-cü ilin iyununda Matthew Gray demək olar ki, ilk veb robot olan World Wide Web Wonderer-i hazırladı və onu Wandex adlı indeksi yaratmaqda istifadə etdi. İkinci veb axtarış mühərriki Aliweb 1993-cü ilin noyabrında meydana gəldi.
· 1993-cü ilin Dekabrında JumpStation yaradıldı.
· 1994-cü ildə WebCrawler, Lycos, Infoseek ortaya çıxdı.
· Magellan, Excite, AltaVista, Daum, SAPO və Yahoo 1995-ci ildə yaradılmışdır.
· Yandex 1997-ci ildə yaradılıb.
· Google və MSN Search 1998-ci ildə yaradılıb.
· 2004-cü ildə Yahoo! Search meydana çıxıb.
· Microsoft-un məhsulu olan və 1 iyun 2009-cu ildə meydana gələn Bing MSN Search-ü əvəz edib.
· Yandex axtarış sistemi isə 2010-cu ildən xidmət göstərir.
1998-ci ildə qurulan Google axtarış sahəsində uzun müddətdir bir nömrəli sistem olmağa davam edir. Buna səbəb kimi Google hər il özünü yeniləməsi, yeni texnologiyalar və əlavə funksiyaların inkişaf etdirilməsidir. Ancaq Google-ın əsas sirri PageRank texnologiyası hesab olunur.
Müasir Google demək olar ki, dünyanın bütün dillərində axtarış saytına malik olsa da, çox təəssüf ki, sadəcə bir necə böyük dildə ixtisaslaşmış axtarış həyata keçirir.
§ Google Images (images.google.com) vasitəsilə biz istənilən şəkli internet resurslarında axtarıb tapa bilərik. Hətta Google vasitəsilə şəkil axtarışımızı mürəkkəbləşdirərək istədiyimiz ölçü, fayl tipi (GIF, PNG, JPG kimi), istədiyimiz rəngləri seçmək şansımız vardır.
§ Google Videos (video.google.com) vasitəsilə biz istənilən videonu internet resurslarında axtarıb tapa bilərik. 2006-cı ildə xidmətə başlayan Google Videos eyni il içərisində Youtube-ni də böyük miqdarda vəsait xərcləyərək özünə qatmışdır. Bununla Google Videos bir nömrəli video axtarış sistemi olmuşdur. Burada istədiyimiz video saytlarında (youtube, dailymotion, aolvideos və digərləri) axtarış etmək, axtarışımızı daha da mürəkkəbləşdirmək mümkündür.
§ Google News xidməti xəbər saytlarında axtarış etmək istəyənlər üçün ilk mənbədir. 2006-cı ildə 200 illik xəbər arxivi də əlavə olunduqdan sonra Google News hətta istədiyimiz xəbəri bizə lazım olan zaman aralığında da axtara bilir.
§ 2004-cü ildə bir Google xidməti əlavə olundu. Bu Google Book Search idi. Google Book Search tələbə, müəllim və digər kitab həvəskarlarına kitab axtarışı xidməti verir. Hətta bəyəndiyiniz kitabı öz kitabxananıza daxil edə bilərsiniz. Lakin kitabların endirilməsi və ya təkrar çap olunması mümkün deyil.
§ Google bir sirri daha mürəkkəbləşdirilmiş axtarışdır. Biz burada istədiyimiz dili (çox təəssüf ki, Azərbaycan dili hələ yoxdur), istədiyimiz fayl tipini (PDF, DOC, PPT və s.) və hətta bu axtarışı hansı sayt daxilində yerinə yetirmək istədiyimiz seçə bilirik.
§ Bundan başqa Google Linux, Google Scholar kimi ixtisaslaşmış və çox az tanınan Google axtarış xidmətləri də var.
Google günümüzdə bir necə rəqib olsa da (məsələn Yahoo, Bing və s.) 2010-cu il statistikasına görə internet istifadəçilərinin böyük əksəriyyəti Google xidmətlərindən istifadə edirlər.