1983-cü
ilin ilk günündən ARPANET şəbəkəsinə daxil olan bütün kompüterlər
eyni vaxtda, vahid TCP/IP protokolu çərçivəsində fəaliyyət
göstərməyə başlamışdır. Həmin vaxtdan bu günə kimi mövcud olan vahid
standartlar əsasında, dəyişilmədən İnternet inkişaf etdirilmişdir.
Sistemin qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə edilir. Şəbəkələrin qovşaqlarında və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini ieararxik təşkil edən protokol yığını protokollar steki adlanır.
İnternetdə əsas protokol TCP/IP protokoludur. OSI etalon modeli üzrə aşağı səviyyədə - fiziki və kanal səviyyələrinin protokollarını: TCP/IP, yuxarı səviyyədə isə – tətbiqi səviyyənin protokollarını: FTP, Telnet, SMTP, HTTP və s. göstərmək olar.
Şəbəkələr arası IP (Internet Protokol) protokolu ünvanlaşdırmaya “cavabdehdir” və şəbəkədə paketlərin hərəkətini təyin edir. TCP (Transmission Control Protokol – Verilənlərin ötürülməsinə nəzarət edən protokol) protokolu xəbərləri hissələrə bölür. Hər bir hissə müəyyən ardıcıllıqla yerləşdirilməsi və tam informasiyanın qəbul edilməsi üçün yoxlanılır. Qəbuledici tərəfdə TCP protokolunun proqram təminatı paketi toplayaraq onu düzgün ardıcıllıqla yerləşdirilir. Əgər xəbər qısadırsa TCP protokolundan əlavə UDP – User Datagram Protokolundan istifadə edilir.
TCP/IP arxitekturası etalon model əsasında qurulmuşdur, lakin OSI modelinin ilk 3 səviyyəsi (fiziki, kanal və şəbəkə) burada bir səviyyədə birləşdirilmişdir. Beləliklə, TCP/IP arxitekturalı şəbəkənin 5 səviyyəsi vardır:
1) fiziki
2)
şəbəkə interfeysi
3)
internet
4) nəqliyyat
5) tətbiqi
İstənilən sənəd və ya məlumat tətbiqi proqramlardan (tətbiqi səviyyə) şəbəkəyə göndərilir. Sonra məlumat modem və telefon rabitə xətti vasitəsilə (nəqliyyat səviyyəsi) internet şəbəkə qovşağına düşür və sonra şəbəkə proqramları (şəbəkə interfeysi) vasitəsilə qlobal şəbəkənin rabitə qovşağı avadanlıqlarına (fiziki səviyyə) ötürülür.