Sosial şəbəkələr

       

Description: http://masoodjawaid.com/wp-content/uploads/2013/07/social_network1.jpg

Sosial şəbəkələr — sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (adamlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur.


Description: Facebook.svg

Facebook  — əsası 2004-cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkədir.

Facebook-un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. Artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir.


 

Description: Twitter bird logo 2012.svg

Twitter — onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən saytdır ki, onun vasitəsiylə istifadəçilər 140 işarəlik “tvit” adlandırılan mətn sms-ləri göndərə bilirlər.

Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır. Twitter Inc. San Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San Antonio şəhərlərində də vardır.


 

Description: Logo of LinkedIn

Linkedin korparasiyası professional peşələrin insanları üçün sosial şəbəkə saytıdır. 2002-ci ilin dekabrında qurulub və 2003-cü ilin may ayının 5-də fəaliyyətə başlayıb. Əsasən professional şəbəkə kimi istifadə edilir.

 

Description: Logo "VKontakte"

VK (Vkontakte) — Runetin ən böyük sosial şəbəkəsi. Saytın müəllifi və administratoru Rusiya proqramçısı Pavel Durovdur. 2006-cı ilin 10 sentyabr tarixindən fəaliyyətə başlamışdır. Sayt dünyanın bir çox dillərinə (Rus, İngilis və digər 67 dilə) tərcümə olunmuşdur. Onun Azərbaycan dilində də versiyası var.

 

Description: Одноклассники.png

Odnoklassniki — Rusiya və keçmiş Sovet respublikalarında populyar olan sosial şəbəkədir. Albert Popkov tərəfindən 4 Mart 2006-cı il tarixdə yaradılıb. 8 dildə fəaliyyət göstərir ki, biri də Azərbaycan dilidir.



Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov