İnternetə qoşulma üsulları
                      

İstifadəçi öz kompüterindən İnternetə qoşulmaq üçün “Internet Service Provider” (ISP) xidmətlərini təklif edən şirkət - provayder (ingiliscə - təchiz edən) ilə xüsusi razılaşması olmalıdır.

 

Dial-up bağlantısı provayderin modem nömrəsinə adi telefon zəngi ilə həyata keçirilir. Zəng istifadəçi kompüterinin modemi vasitəsilə edilir. Telefon xəttinin keyfiyyətindən və provayderin imkanlarından asılı olaraq sürət 56 kbit/san ola bilər.

 

Ayrılmış xətt istifadəçi ilə provayder arasında qarşılıqlı razılaşma əsasında çəkilir və bu xidmət yüksək sürəti təmin edir.

 

Integrated Services Digital Network (İnteqrasiya olunmuş xidmətlər rəqəmli şəbəkəsi) sözlərinin baş hərflərindən ibarət olan ISDN; səs, görünüş, məlumat kimi hər cür məlumatın rəqəmli bir mühitdə birləşdirilib eyni xətt üzərindən çatdırılmasının təmin edildiyi bir xəbərləşmə şəbəkəsidir. Ötürmə keyfiyyəti normal telefon xəttindən daha yüksəkdir.  ISDN ilə abunələr, eyni anda bir-birinin eyni və ya fərqli tipdəki 8 terminal qurğularını mövcud telefon kabeli üzərindən ISDN şəbəkəsinə qoşmaq imkanına sahibdirlər.


ADSL (Asymmetric Digital Subscriber Line) dövrəsində telefon xəttləri üçün istifadə edilən mis tellərin iki ucuna ADSL modemlər taxılaraq yüksək sürətli downstream kanalı, orta sürətli upstream kanalı və POTS (Plain Old Telephone Service) və ya ISDN olmaq üzrə 3 ədəd məlumat kanalı əldə edilər. POTS/ISDN kanalı filtrlər ilə digər kanallardan ayrılmışdır. Bu xüsusiyyət, ADSL linkinin aktiv olmadığı vəziyyətlərdə belə POTS və ya ISDN xidmətinin təmin edilə bilməsinə zəmanət verir.


Peyk rabitəsi  vasitəsilə internetə qoşulma zamanı peyk antenasına xüsusi qurğu birləşdirilir və qurğu kompüterlə əlaqələndirilir. İstifadəçi qoşulma və sorğuları adı yolla həyata keçirir, informasiyaların alınması isə peyk antena vasitəsilə təmin olunur.

 

Wi-Fi internetə qoşulmaq üçün simsiz rabitədir.  Bundan başqa, WiMax, GPRS, EDGE, 3G, 4G kimi texnologiyalar da vardır.

 


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov