Mobil İnternet
- GSM (Global System for
Mobile Communucation – Mobil Ünsiyyət üçün Qlobal Sistem) - Dünya
mobil telefon istifadəçilərinin yarısının istifadə etdiyi, daha
çox Avropa və Asiya-Okeaniya bölgəsində
hakim bir mobil şəbəkə standartıdır. Trafik
14.4
kbit/s-dir.
- PCS (Personal
Communications Services – Şəxsi Ünsiyyət Sistemləri) - tezlikləri
zaman aralıqlarına bölərək istifadəçilərə bu zaman aralıqlarına
nizamlı giriş haqqı verən TDMA (Time Division Multiple Access -
Zaman Bölməli Çoxlu Daxilolma) standartı əsaslıdır. Amerika, orta
və cənubi Amerika ilə bir çox
ölkədə istifadə edilir. Trafik 14.4
kbit/s-dir.
- PDC (Personal Digital
Cellular – Şəxsi Rəqəmli Mobil telefon) - Yaponiyada istifadə
edilən bir standart. Kəsilməz məlumat mübadiləsi və daha yüksək sürət
üçün ikincinəsil (2G) şəbəkələr üzərində
qurulmuş paket məlumatlar
(packet-data) istifadə edir. Trafik 28.8
kbit/s-dir.
- HSCSD (High Speed Circuit
Switched Data – Yüksək Sürətli Dövrə Açarlı Məlumat) - GSM üzərinə
qurulmuş dövrə açarlı bir
protokol. Dörd radio kanalını eyni vaxtlı
istifadə edərək GSM deyil dörd qat daha sürətli məlumat ötürülməsini təmin edir. Bəzi
servislər 1999-un sonunda və 2000-ci ilin əvvəlində xidmətə təqdim
edilmişdir. Trafik 57.6
kbit/s-dir.
- GPRS (General Packet
Radio Service – Ümumi Paket Radio Xidməti) - paket olaraq
açarlanmış, məlumat şəbəkəsinə kəsilməz və dərhal daxilolmanı təmin
edən protokol. Trafik 115 kbit/s-dir.
- EDGE (Enhanced Data rates
for Global Evolution - Qlobal İnkişaf üçün Artırılmış Məlumat
Sürətləri) - GPRS-in daha yüksək kanal genişliyinə sahib olanı və
GSM-in inkişaf etmiş halıdır. Kanal genişliyinə çox ehtiyac duyan
multimediya
fayllarının mübadiləsinə imkan verir.
EDGE, UMTS texnologiyasına keçiş olaraq adlandırıla bilər. Trafik
384
kbit/s-dir.
- IMT2000 (International
Mobile Telecommunications – Beynəlxalq Mobil Telekominikasiya) -
Bu üçüncü generasiya (3G) bir standartdır. Buna rəqib protokollar
da inkişaf etdirilmişdir; Avropada UMTS (Universal Mobile
Telephone System - Universal Mobil Telefon Sistemi), Amerikada
CDMA (Code Division Multiple Access - Kod Bölməli Çoxlu
Daxilolma), Yaponiyada genişzolaqlı - CDMA. Bu
standartların inkişaf etdirilməsi üçün çox böyük infrastruktur
investisiyaları qoymaq lazımdır. Trafik 384 kbit/s
ilə 2 Mbit/s
arası dəyişir.
Hüquqi
baxımdan qorunmur © 2016 Rəşad Həsənov