İnternetdə axtarış aparmağın aşağıdakı üsulları var:
§ Hipermətn istinadlar (linklər) vasitəsilə
§ Axtarış sistemlərindən istifadə etməklə
§ Xüsusi vasitələrlə
İnformasiya axtarış sistemləri iki tipdə olur:
1) Axtarış serverləri (robotları)
2) Axtarış qovluqları (kataloqları)
Axtarış serverləri iki cür olur:
1) Axtarış sistemləri – İnternetdəki dəyişiklikləri güdən və yeni resursları bazasına əlavə edən sistemlər
2) Meta axtarış sistemləri – Bir neçə axtarış sisteminin bazasında eyni vaxtda axtarış aparan sistemlər
Axtarış sistemi (Search Engine) – informasiyanın axtarılması üçün nəzərdə tutulan avtomatlaşdırılmış kompüter sistemidir. Axtarış sistemləri, adətən, üç komponentdən ibarətdir:
1) Agent – şəbəkə üzərində hərəkət edərək informasiyaları toplayır.
2) İstinadların verilənlər bazası – agentlər tərəfindən təqdim olunan bütün informasiyaları əks edə biləcək istinadları özündə saxlayır.
3) Axtarış mexanizmi – insanların verilənlər bazası ilə qarşılıqlı anlaşmasını əks etdirmək üçün lazım olan istifadəçi interfeysi.
Axtarışın xarakterik cəhətləri:
ü Tamlıq
ü Dəqiqlik
ü Aktuallıq
ü Arama sürəıti
ü Əyanilik
Axtarış kataloqları üç qrupa bölünür:
· Ümumi qovluqlar – müxtəlif mövzulara dair materiallar
· Mövzu yönümlü qovluqlar – konkret mövzuya dair materiallar
· Resurslar siyahısı – axtarış aparmaq üçün qovluq siyahıları
Axtarışla məşğul olan istifadəçi müəyyən olunmuş açar söz əsasında, mövcud interfeys çərçivəsində sorğu tərtib edir. Açar söz dedikdə, axtarılan mətn fraqmentinin məzmununu daha çox əks etdirən leksik vahid başa düşülür. Sorğuların tərtibi zamanı təkcə açar sözlərdən yox, həm də bir neçə açar sözdən ibarət söz birləşmələrindən də istifadə olunur.
Axtarış üçün sorğunun dəqiq tərtib edilməsi çox mühümdür. Sorğu – kompüterə istədiyimiz tapşırığı vermək üçün xüsusi qaydalar çərçivəsində olan söz və ya söz birləşməsindən ibarət əmrdir. Başqa sözlə, sorğu dedikdə, açar sözlərin məntiqi operatorlarla birləşməsindən əmələ gələn söz yığını başa düşülür.
Sorğular iki cür olur:
1) sadə (simple) sorğular – ayrı-ayrılıqda açar sözlərdən və söz birləşmələrindən ibarətdir.
2) mürəkkəb və ya genişləndirilmiş (advanced) sorğular – açar sözlərlə yanaşı məntiqi şərtləri ödəyən operatorlardan ibarətdir.
Axtarış sisteminin əsas anlayışları bunlardır:
§ İndeksləşdirmə - saytların yerləşmə mövqeyini göstərən istinadlar arasında keçid edərək, İnternetdə axtarış sisteminin köməyi ilə informasiyaların yığılması prosesidir.
§ Relevantlıq – axtarış sorğusu əasında tapılmış Veb-səhifənin verilən sorğuya uyğunluq səviyyəsidir.
Sorğu dillərinin ümumi strukturu aşağıdakı kimidir:
- Məntiqi operatorlar
- Qruplaşdırma operatorları
- Sözün hissəsinin əvəzi operatorları
- Morfologiya
|
Əməliyyatın adı |
|
Yandex |
|
Söz olduğu kimi |
“ ” – dırnaq işarəsi arasında söz |
! – sözün əvvəlində nida işarəsi |
|
Cümlədə AND məntiqi operatoru |
yoxdur |
& |
|
Sənəddə AND məntiqi operatoru |
yoxdur |
&& |
|
Səhifədə AND məntiqi operatoru |
boşluq, AND məntiqi operatoru |
boşluq |
|
OR məntiqi operatoru |
OR məntiqi operatoru |
| |
|
NOT məntiqi operatoru |
- (defis simvolu sözə soldan bitişik yazılır) |
~~ və ya - (qoşa tilda və ya defis simvolu sözə soldan bitişik yazılır) |
|
Açar sözlər arasındakı məsafə |
yoxdur |
/n |
Veb axtarış motoru ümumdünya hörümçək torunda (WWW – world wide web) informasiya axtarışı üçün layihələndirilmiş proqram sistemidir. Burada axtarış nəticələri, əsasən, “axtarış motoru nəticə səhifələri” adlanan nəticələr siyahısı kimi təqdim olunur. İnsan-redaktorlar tərəfindən işlənən Veb kataloqlardan fərqli olaraq axtarış motorları xüsusi alqoritm vasitəsilə gerçək zamanlı informasiyalarla yenilənirlər.