İnternet xidmətləri
                      

Elektron poçt (e-mail) hazırda, ən geniş yayilmış rabitə xidmətidir. Elektron poçtu vasitəsilə Internetdə informasiya göndərilir və əldə edilir. Elektron məktub hazırlamaq üçün istifadəçi off-line rejimində işləyir. Bundan sonra istifadəçi on-line rejiminə keçir, daha dəqiq desək poçt-serveri ilə əlaqə yaradır və məktubun göndərilməsi üçün onu poçta yerləşdirmək əmri verir. MS-DOS üçün MAIL və WINDOWS  üçün isə Outlook Express populyar elektron poçt müştəri proqramlarından istifadə olunur.

Elektron poçt müştəri proqramları fərdi kompüterlərdə elektron məktubların qəbul edilməsi və göndərilməsi üçün müxtəlif protokollardan istifadə edir. Elektron poçtla uzaq məsafəyə xəbərin göndərilməsini  SMTP (Simple Mail Transfer Protocol) protokolu təmin edir. Poçt serverinin qutusunda saxlanılan elektron məktubları almaq üçün POP3 (Post Office Protocol 3) istifadə olunur. IMAP (Internet Message Access Protocol) daha müasir protokol olmaqla poçt serverindən kompüterə gələn məktubların nüsxəsinin köçürülməsinin müəyyən seçim  əsasında baş verməsinə imkan verir.

            Elektron poçt ünvanları aşağıdakı kimi işarə edilir:


istifadəçi@qovşaq kompüteri.altdomen.I səviyyəli domen (elm@iit.ab.az)

 

Rey Tomlinson 1971-ci ildə bir DEC-10 kompüterindən digərinə şəbəkədə istifadəçi adı ilə kompüterin adını ayırmaq üçün @ işarəsindən istifadə etməklə ilk elektron poçt məktubu göndərən şəxsdir.

Elektron məktubun qəbul edimiş formatı başlıq və məlumatdan ibarət olur:

From (haradan): məktubu göndərən tərəfin elektron ünvanı

To (hara): məktub göndərilən şəxsin ünvanı

Cc (nüsxə): məktub göndərilən şəxsin digər elektron ünvanı          

Subject: məktubun mövzusu

Date (tarix): məktubun göndərilmə tarixi və zamanı (bu sətr avtomatik doldurulur)

Reply To: məktubuna cavab verilən abonentin elektron ünvanı

Son zamanlara qədər uzaq məsafədə əlaqə kimi, əsasən, elektron məktublar təşkil edirdi. E-mail vasitəsi ilə şəkillər, fotoşəkillər, audio və video yazılardan istifadə edərək informasiya mübadiləsi etmək olar. Yuxarıda qeyd olunan informasiya fraqmentini göndərmək və ya onları elektron məktubuna birləşdirmək olar. Fraqmentləri birləşdirən fayl məktub ilə eyni zamanda göndərilir.

 

WWW - World Wide Web - ümumdünya  hörümçək toru adlanır. Bu İnternet resurslarının axtarılması və onlara əlyetərliyin təmin edilməsi üçün istifadə olunan hipermətnli, daha dəqiq desək, hipermediyalı informasiya sistemidir.

Hipermətn – hipermüraciətləri istifadə edən elektron sənəddir. İstənilən növ sənəd, biznes plan və yaxud bədii əsər və s. hipermətn ola bilər. Hipermətnlərdə hər hansı bir söz ilə digər bir infomasiya mənbəyi arasında əlaqə (hipermüraciət) yaradıla bilər. Hipermüraciət - İnternetin müxtəlif resursları arasında müraciətdir. Hipermediya – hipermətnin geniş imkanlı formasıdır. Hipermediya sənədi qrafika, foto, audio və video yazılar ilə canlandırır.

Son zamanlar WWW və onun proqram təminatı İnternet universal informasiya xidmətləri vasitələrini müəyyənləşdirir. Onlar istifadəçinin praktik olaraq FTP, E-Mail, WAIS, Gopher və s. resurslarından istifadə etməsini təmin edir.

WWW layihəsinin müəllifi Tim Berners-Lee olmuşdur.

WWW  sistemi verilənlərin ötürülməsini həyata keçirən HTTP (Hyper Text Transfer Protocol) hesabına qurulmuşdur. WWW sisteminin bütün tərkibi WWW-səhifələrindən ibarətdir.WWW-səhifələri, adətən, HTML (Hyper Text Markup Language) dilinin köməyi ilə yaradılır.

Web-sayt – Web-serverdə verilənlər bölməsi olub, hər hansı təşkilat və şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün informasiyalarını Web-səhifə ilə əlaqəli çoxluq şəklində yerləşdirir. Saytları İnternetdə yerləşdirmə xidməti hosting adlanır.


İnformasiyanı internetdə saxlamaq üçün URL (Uniform Recource Locator) - universal ünvanlarından istifadə edilir. URL- ünvanı iki hissədən ibarətdir: 1-ci (sol) hissə istifadə olunan protokolu (http - Hyper Text Transfer Protocol - hipermətn ötürmə protokolu) göstərir; 2-ci (sağ) hissə şəbəkənin (uyğun serverin adı) hansı yerində resursların verildiyini bildirir. Bu hissələr bir-birindən iki nöqtə ilə ayrılır.


http://serverin adı/yol/fayl;


Bu gün insanlar İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində Web İnternet xidmətlərindən biridir. İnternetdə ilk xidmətlərindən fərqli olaraq Web özündə mətn, görüntü, səs, videoklip, animasiya kimi multimedia elementlərini və hətta birbaşa efirdə xəbərlər və konsertlərin yayımını birləşdirir.


Çat xidmətləri vasitəsilə dünyanın ayrı-ayrı guşələrindəki insanlar öz aralarında ən müxtəlif mövzularda söhbətləşirlər. Yahoo və Microsoftun çat xidmətləri, İnternet Relay Chat və www texnologiyası əsasında işləyən çat geniş istifadə olunur.


TELNET- Internet şəbəkəsinə qoşulan digər kompüterlərə daxil olmaq üçün istifadə olunur. Telnet:// uzaq məsafədəki kompüterlə terminal müraciəti təmin edir.


FTP - File transfer protocol (faylların ötürmə protokolu) – İnternetdədə faylların bir kompüterdən digərinə ötürülməsini təmin edir. Fayl - serverin ünvanı  ftp://-ilə başlayır.


USENET sistemi (telekonferensiya) informasiya mübadiləsində ümumi maraqları olan insanları telekonferensiya vasitəsilə birləşdirir.


GOPHER - serverləri gopher:// sözü ilə başlayır. Gopher sistemi şəkilsiz və hipermətinsiz www-yə oxşayır.


IP telefoniya IP protokolları vasitəsi ilə abonentlərə telefon danışıqlarının ötürülməsi xidmətidir. İP telefoniya əlaqə sistemi vasitəsi ilə analoq səs siqnalları bir abonentdən diskretləşdirilir (rəqəmli formada kodlaşdırılır), sıxılır və rəqəm əlaqə kanalları vasitəsi ilə göndərilir.


Internet ticarət xidməti vasitəsi ilə on-line rejimində İnternet vasitəsi ilə müştərilərdən mal və xidmətlər üzrə sifarişləri qəbul edilir. Bu xüsusi saytda mal və xidmətlər üçün ödənişlər elektron ödəmə sistemi vasitəısi ilə həyata keçir.

 


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov