Domen adlar sistemi
          
           
TCP/IP stekində 3 tip ünvandan istifadə edilir:

1)      Lokal (aparat ünvanıda adlanır),

2)      IP (Internet protocol) ünvan

3)      İşarə-domen adlar sistemi  DNS (Domain Name System).


İnternet şəbəkəsinə qoşulmuş hər bir kompüter unikal ünvana malikdir. İnternetdə verilənlərin ötürülməsi üçün rəqəmli IP və işarə tipli ünvanlardan istifadə edilir. Şəbəkə səviyyəsində paketlər IP ünvanlar vasitəsi ilə ötürülür.


IP ünvan bir birindən nöqtə ilə ayrılmış 4 hissəsən ibarət olur ki, bu hissələrin də hər birində 0-255 diapozonunda natural ədəd olur. Bu hissələrin hər biri kompüterin yaddaşında 1 bayt yer tutur. Məsələn, 104.24.74.190. Lokal şəbəkələrdə IP ünvanlar şəbəkə administratoru, qlobal şəbəkələrdə isə provayder tərəfindən təyin edilir. IP ünvanlar soldan sağa oxunur. Ünvanın 1-ci hissəsi şəbəkənin, 2-ci hissəsi isə qovşağın nömrəsini təyin edir. Şəbəkə nömrəsi xüsusi Internet mərkəzinin (Internet Network Informasion Center  InterNIC) zəmanəti ilə təyin edilir.Başlanğıc ünvan marşrutizatora kompüterin hansı şəbəkəyə aid olduğunu göstərir.


İnsanlar arasında çox zaman işarə tipli ünvanlarından istifadə olunur. Ona görə də şəbəkədə kompüterlərə adlar  mənsub edilir. İnternetdə kompüterlərin ünvanı üçün Domain Name System (DNS) adlanan adların domen sistemindən istifadə olunur. İnternet adları DNS serveri vasitəsilə rəqəmli formada ifadə olunan həqiqi ünvanlara çevrilir. DNS serveri IP ünvanı domen adına çevirməni də aparır.




Ümumdünya hörümçək torunda (WWW) DNS standartı üzrə yazılmış ünvanlar nöqtə ilə ayrılmış bir neçə elementdən ibarət olurlar. Bu elementlər domen adlanır. DNS ünvanı üç hissəyə bölünür. DNS ünvanın əsas hissəsi birinci səviyyəli domen adlanıb coğrafi zona və ya sahə üzrə klassifikasiya olunur. Dünya üzrə birinci səviyyəli domenlərin verilməsini və idarə olunmasını ICANN (Internet Corporation for Assigned Names and Numbers) adlı təşkilat həyata keçirir.


com

 kommersiya təşkilatları

az

 Azərbaycan

edu

 təhsil müəssisələri

tr

 Türkiyə

mil

 hərbi müəssisələr

de

 Almaniya

gov

 dövlət təşkilatları

ru

 Rusiya

net

 şəbəkə agentlikləri və ya provayderlər

jp

 Yaponiya

int

 beynəlxalq təşkilatlar

uk

 Böyük Briyaniya

org

 qeyri kommersiya təşkilatları

fr

 Fransa

SU (Soviet Union) domeni hal-hazırda heç bir ölkəyə məxsus deyil.


Lokal ünvanlar qlobal şəbəkə olan alt şəbəkə çərçivəsində verilənlərin ünvana çatdırılması üçün istifadə edilir. Lokal ünvanlar MAC (Media Access Control – Müraciətin idarə olunması) ünvanlar adlanır. Lokal ünvanlar şəbəkə adapteri istehsalçıları tərəfindən təyin edilir.

Ethernet şəbəkəsinə daxil olan hər cihaz, ya da kompüter node (düyün, qovşaq) adlandırılır. Ethernet şəbəkəsində kompüter və cihazlar bir-birlərindən sahib olduqları unikal MAC ünvanları ilə seçilirlər. Bütün mövcud lokal şəbəkə texnologiyalarında MAC ünvanlar 6 baytlıq (48 bit) formata malik olur. MAC ünvanlar, adətən, 16-lıq say sistemində yazılırlar. Məsələn, 11-AO-17-3D-bc-01 və ya 11 AO 17 3D BC 01.

 


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov