Diskin fiziki və məntiqi strukturu

Verilənlər sərt diskin maqnit örtüyündə konsentirk çevrələr şəklində yazılır. Bu çevrələr cığır adlanır. Hər bir çığır da öz növbəsində bir neçə sektordan ibarət olur. Diskin bir üzündəki informasiyanın miqdarı cığırların sayından (sıxlıq) və bir cığırdakı sektorların sayından asılıdır. Sıxlıq diskdən asılı olaraq dəyişir. Sektor disk kontrolleri tərəfindən oxuna və ya yazıla bilən minimal həcmli verilənlər sahəsidir.


İstənilən diskin iki strukturu (formatı) mövcuddur: fiziki  məntiqi. Fiziki format sektorun baytlarla ölçüsünü, cığırdakı sektorların və üzlərin sayını təyin edir. Bu fiziki (physical) və yaaşağı səviyyəli formatlaşdırma (low-level formatting) adlanır. Bu prosedur sərt diskin hazırlanmasında yerinə yetirilir. Fiziki formatlaşdırmada kontroller diskin sektorlarını təyin edərək onları nömrələyir.

       

          Fiziki formatlaşdırmadan sonra diskin ƏS ilə işləməsi üçün olduqca çoxlu sayda xüsusi verilənlər yazılmalıdır. Amma sərt disklə iş adətən fiziki diskin bir və ya bir neçə məntiqi hissələrə bölünməsi proseduru ilə başlayır.

           

            Sərt diskin məntiqi hissələrə bölünməsi ƏS-nin FDisc (fixed disc) proqramı ilə həyata keçirilir. Bu proqramla sərt diski C:, D:, E: və s. kimi məntiqi hissələrə bölmək mümkündür. PowerQuest firmasının Partition Magic proqramı FDisc-in alternatividir. O, FDisc-dən fərqli olaraq diskdəki verilənləri korlamadan məntiqi diskin ölçüsünü dəyişir və verilənləri FAT16-dan FAT32-yə və əksinə konversiya edir.

       

        Sərt disk məntiqi disklərə bölündükdən sonra diskin sistem sahəsi yazılmalıdır ki, bu da məntiqi (logical) və ya yüksək səviyyəli formatlaşdırma (high-level formatting) adlanır. Yüksək səviyyəli formatlaşdırma format.com proqramı vasitəsilə həyata keçirilir.

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov