Fayl


Fayl – kompüter proqramı üçün uyğun olan və müəyyən xarici yaddaş qurğularında saxlanılan, informasiyalar bloku yaxud mühafizə edilən informasiya resursudur. İnformasiya kompüter proqramında emal edildikdən sonra fayl şəklində yaddaş qurğularında saxlanılır. Fayl ənənəvi kağız sənədlərin, şəkillərin müasir əvəzedicisidir. Faylları iki qrupa bölmək olar:

§  İcra olunan – sadəcə olaraq müəyyən bir əməliyyat yerinə yetirən proqramlar;

§  İcra olunmayan – verilənlər (konfiqurasiya) və sənədlər faylı.

İcra olunmayan faylları aşağıdakılardr:

-          Sənədlər – istifadəçilər tərəfindən kompüterdə müəyyən proqramın köməyi ilə yaradılan informasiya toplusudur.

-          Konfiqurasiya faylları – proqramların işi üçün zəruri olan xüsusi parametrləri saxlayan fayllardır.

Fayl sözü kompüter sahəsində ilk dəfə 1952-ci ildə perfokartlarda saxlanılan informasiyaya müraciətlə bağlı meydana çıxdı. İlk istifadəçilər informasiya saxlan qurğuları fayl adlandırırdılar. 1962-ci ildə bir neçə faylın eyni yaddaş qurğusunda saxlanması ilə Compatible Time-Sharing System (CTSS –  Uyğun Vaxt-Bölüşdürücü Sistem) kimi sistemlər fayl sistemi kimi səciyyələndirildi, hansı ki, terminin müasir istifadəsinin əsasını təşkil etdi. CTSS-də fayl adları iki hissəyə malik idi: istifadəçi tərəfindən asan oxunan "ilkin ad" və fayl tipini göstərən "ikinci ad".

Əksər müasir əməliyyat sistemlərində, fayllar baytların birölçülü çoxluqlarından təşkil edilir. Əksər fayllar, həmçinin, metadata üçün də bir-neçə bayt saxlayırlar, hansı ki, faylın özü haqqında əsas informasiyanı yadda saxlamağa imkan verir.

İstənilən zaman vaxtında faylın baytların sayı ilə ifadə edilən ölçüsü ola bilər. Bu ölçü nə qədər yaddaşın fayl ilə əlaqəli olduğunu göstərir. Əksər müasir əməliyyat sistemlərində ölçü sistem limitinə qədər, istənilən, mənfi olmayan bütün baytların sayı ola bilər. Xüsusi hadisə sıfır bayt faylıdır; bu fayllar ya yarımçıq dayandırılmış disk əməliyyatının nəticəsidir ya da fayl sistemində bayraq kimi xidmət edir.

            Baxmayaraq ki, proqramların faylı idarə etməsi üsulları əməliyyat sisteminə və daxil olduğu fayl sisteminə uyğun olaraq müxtəlifdir, lakin aşağıdakı əməliyyatlar ümumidir:

-          Verilmiş adda fayl yaratmaq

-          Fayl üzərində əməliyyatları idarə edən atributları quraşdırmaq

-          İçindəkiləri idarə etmək üçün faylı açmaq

-          İçindəkiləri oxumaq və ya yeniləmək

-          İçindəki yeniləmələri yaddaşa vermək

-          Yenidən açana qədər faylı bağlamaq, beləliklə fayla müraciəti dayandırmaq.

Faylların silinməsi disk sahəsinin ölçüsünü yeni fayl yazmaq üçün artırdığından, bu əməliyyatın böyük rolu vardır. Faylların silinməsinin üç rejimi mövcuddur: çıxartmaq, ləğv etmək, silmək.

Windows əməliyyat sistemində fayl və qovluqlar çıxardıldıqda yerini dəyişərək səbətdə (Recycle bin) yerləşir. Bu əməliyyat sistemin fayl strukturu səviyyəsində baş verir. Sərt diskin fayl sistemi səviyyəsində isə heç nə baş vermir; fayl yazıldığı sektorda qalır.

Faylların ləğv olunması Windows əməliyyat sistemində səbətin təmizlənməsində baş verir. Bu halda fayl sistemi cədvəlində bu fayl çıxarılmış kimi qeyd olunur, amma fiziki olaraq öz yerində qalır. Faylların fiziki silinməsi isə xüsusi xidməti proqramlarla yerinə yetirilir ki, bu da faylın ləğv olunmasından sonra qalan sərbəst klasterlərin digər fayllar üçün ayrılması ilə əldə edilir.

Müasir kompüter sistemlərində fayllara onların adlarından istifadə etməklə müraciət edilir.  Erkən əməliyyat sistemləri fayl adlarında yalnız bir neçə hərf və ya rəqəmə icazə verilirdi. Lakin müasir kompüterlər fayllara demək olar ki, bütün UNICODE simvol və rəqəmlərinin kombinasiyalarından istifadə etməklə onların məzmununu ilk görüşdə anlamağa  kömək edən uzun adlar (255 simvoladək) verməyə imkan verir. Bəzi kompüter sistemləri fayl adlarında boşluq qoymağa imkan verir, bəziləri isə yox. Bu əsasən kompüterin fayl sistemi ilə əlaqədardır.

Windows mühitində faylları adlandırarkən bəzi simvollardan istifadə etmək olmaz, həmin simvollara aiddir:


 *   ?   /   \   |      <   >   

 

Əksər əməliyyat sistemləri faylların nədən ibarət olduğunu və hansı tipdə olduğunu bilmək üçün fayl genişlənmələrindən istifadə edirlər. Windows kompüterlərində fayl genişlənmələri fayl adından sonra gəlib, ondan nöqtə olə ayrılan və faylın tipini müəyyənləşdirən bir neçə hərfdən ibarət olur. Fayl genişlənməsi faylın baytlarının təşkil edilməsi və məqsədəuyğun tərcüməsi (dekodlaşdırlıması) qaydalarını müəyyən edir. Məsələn, sadə mətn faylının (Windowsda *.txt) baytları ya ASCII və ya UTF-8 simvolları ilə əlaqələndirilir, lakin təsvirin, video və səs fayllarının baytları başqa cür tərcümə edilir.


mətn redaktorlarında yaradılan fayllar

*.lib, *.doc, *.odt, *.txt, *.dot (şablon), *.wbk (ehtiyat versiya)

verilənlər bazasının faylları

*.mdb, *.odb, *.accdb, *.db, *.dat

elektron cədvəllərinin faylları

*.xls, *.ods, *.xlt (şablon)

media-fayllar

səs faylları: *.wav, *.mp3, *.ogg, *.midi, *.au, *.aac, *.mid

video-fayllar: *.avi, *.mov, *.mpg, *.mp4, *.flv, *.mpeg, *.vob

qrafik fayllar

*.jpg, *.gif, *.bmp, *.tif, *.png, *.psd, *.cdr, *.ai

prezentasiyalar

*.ppt, *.pps, *.pot (şablon), *.odp

web-fayllar

*.htm, *.html, *.php, *.asp

arxiv faylları

*.arj, *.zip, *.rar, *.7z, *.tar, *.jar, *.cab

proqramlaşdırma dillərinin faylları

*.pas – Pascal, *.c – C, *.asm – Assembly, *.bas – Basic, *.bak – dəyişiklikdən əvvəlki surət.

məlumat, kömək faylları

*.hlp, *.chm

sistem faylları

*.sys

əmrlər faylı (batch)

*.bat

icra olunan fayllar (application)

*.exe, *.com

 

Əksər kompüterlər faylları kataloqlarda saxlayır. Windows əməliyyat sistemində kataloq qovluq adlandırılıb. Hər qovluq müəyyən sayda faylları və həmçinin, başqa qovluqları özündə saxlaya bilər. Bu başqa qovluqlar altqovluqlar (subfolders) adlandırılır. Alt qovluqlar da faylları, qovluqları və s. özündə saxlaya bilər, beləliklə bir "əsas qovluq"un istənilən sayda başqa səviyyədə qovluqları və faylları özündə saxlaya bildiyi ağacşəkilli (iyerarxik) sxem qurulur. Qovluqlar da fayllar kimi adlandırıla bilər. Baş kataloq (root folder) istisnadır, onun əksərən adı olmur. Yeni formatlaşdırılmış diskdə sadəcə bir kataloq var və o, proqram vasitəsilə silinə bilməz. Ümumiyyətlə hər bir məntiqi diskdə bir baş kataloq olur. Qovluqların istifadəsi faylları məntiqi yolla təşkil etməyi (qruplaşdırmağı) daha asan edir.

Faylları birbaşa idarə etmək üçün fayl menecer utilit proqramlarından istifadə edilir.

Faylların qorunması üçün əməliyyat sistemləri fayl atributlarından istifadə edir. Atributlara fayllara müraciət icazələri kimi də baxmaq olar. Atributlar aşağıdakılardır:

§  Read only (ancaq oxumaq üçün)

§  Hidden (gizli)

§  System (sistem)

§  Archive (arxiv)

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov