Fayl sistemi


Kompüterdə iş prosesində diskin məzmunu hər an dəyişir. Yəni yeni fayllar əlavə olunur, lazımsız fayllar silinir, faylların tutumu dəyişir və s. Bu əməliyyatları yerinə yetirmək üçün fayllar arası dik yaddaşının paylanmasına fasiləsiz nəzarət olunmalıdır. Kompüterin faylları təşkil etməsi, adlandırması, saxlaması və idarə etməsi onun fayl sistemi ilə əlaqədardır. Əksər kompüterlərdə ən azı bir fayl sistemi var. Bəzi kompüterlər bir neçə müxtəlif fayl sistemindən istifadə etməyə imkan verir. Məsələn, Windowsun yeni versiyaları müasir Windows versiyaları üçün normal olan NTFS fayl sistemi ilə yanaşı MS DOS və Windows-un keçmiş versiyalarının FAT fayl sistemini də dəstəkləyir.

Fayl sistemi – kompüter fayllarının və onların verilənlərinin yaradılması və saxlanması metodlarıdır. Fayl sistemi faylları saxlamaq, qruplaşdırmaq, idarə etmək və əməliyyat sistemi tərəfindən axtarışı üçün verilənlər bazası şəklində təşkil edir. Fayl sistemləri sərt disk və CD-ROM kimi yaddaş qurğularında faylların fiziki yerləşməsinə xidmət etmək üçün istifadə edilir.

Diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan sahə verilənlər sahəsidir. Fayl sistemi verilənlər sahəsini bir və ya bir neçə (əsasən, 64-ə kimi) ardıcıl sektorlardan ibarət qruplara  ayırır. Bu qruplara klasterlər (və ya bloklar) deyilir. Bu disk sahəsinin fayl saxlamaq üçün bölüşdürülə bilən ən kiçik miqdarıdır. Bir sektorun ölçüsü 512 baytdır. Klasterlərin ölçüsü, yəni sektorların sayı məntiqi disdən asılı olaraq ƏS tərəfindən təyin olunur. Məntiqi diskin ölçüsü böyük olduqda klasterin ölçüsü də böyük olur. Klasterin ölçüsünün kiçildilməsini sərt diski bir neçə məntiqi hissələrə bölməklə həyata keçirmək olar.

Fayl sistemləri üç tipdə klassifikasiya olunur: disk fayl sistemi, şəbəkə fayl sistemi  xüsusi məqsədli fayl sistemi.

Disk fayl sistemləri yaddaş qurğularında faylların saxlanması üçün hazırlanmışdır.

Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən, baş kataloq və altkataloqdan istifadə edir. Başlanğıc sektor (yükləyici yazı), faylların yerləşmə cədvəli, baş kataloq və verilənlər sahəsi (boş yaddaş sahəsi) birlikdə diskin məntiqi strukturunun elementlərini təşkil edir. Yükləyici yazı (Boot record) hər bir məntiqi diskin 0 nömrəli sektorunda yerləşir. Burada diskin formatı haqqında verilənlər və əməliyyat sisteminin başlanğıc yüklənmə prosedurunu yerinə yetirən qısa proqram yerləşir.


FAT (File Allocation Table – fayl yerləşmə cədvəli) fayl sistemi Microsoft Windows-un bütün versiyaları tərəfindən dəstəklənir. FAT fayl sistemi diskin ölçüsü kiçik və kataloqların strukturu olduqca sadə olduqda yaranıb. Hər bir fayl üçün FAT-da klasterlərin zənciri yaradılır. FAT-ın klasterlərinin uzunluğu 12, 16 və 32 bir olur.

FAT cədvəlinin hər bir sətri bir klasterə uyğun gəlir və orada aşağıdakı əlamətlər qeyd olunur:

-          İstifadə olunan klaster

-          İstifadə olunmayan klaster

-          Xarab olmuş klaster

-          Faylın sonuncu klasteri

16 MB-dan kiçik ölçülü məntiqi disklər FAT12 ilə formatlaşdırılır.


FAT16 fayl sistemində məntiqi diskin ölçüsü 4 GB-a qədər olmalıdır. Bu disklərdə klasterlərin sayı 216-ya kimi olur.

FAT fayl sisteminin köhnə versiyaları (FAT12 və FAT16) ad uzunluğu limitləri, fayl sisteminin kök direktorisində girişlərin sayına limit vermişdi və FAT-formatlaşdırılmış disklərin və ya hissələrin (partition) maksimal ölçülərində məhdudiyyətlərə malik idi. Xüsusilə, FAT12 və FAT16 fayl adı üçün 8 simvol (işarə) və genişlənmə üçün 3 simvol (.exe kimi) limitinə malik idilər. Bu adətən 8.3 fayl adı limiti adlandırılır.

FAT12 və FAT16-ya genişlənmə olub, Windows NT 3.5-də təqdim edilmiş və sonralar Windows 95-ə daxil edilmiş VFAT uzun fayl adlarına imkan verirdi. FAT32 həmçinin FAT12 və FAT16-dakı limitlərin çoxuna malik deyil, ancaq NTFS ilə müqayisədə məhdudlaşdırılmış qalır. FAT 32 2TB-a qədər ölçülü məntiqi diskləri dəstəkləyir. FAT32 65536 klasterdən az ola bilməz.

 

exFAT (həmçinin FAT64 kimi tanınır) yuxarıdakı fayl sisteminə nisbətən NTFS-ə uyğun müəyyən üstünlüklər ilə FAT-ın ən yeni versiyasıdır. exFAT yalnız daha yeni Windows sistemləri – Windows 2003, Windows Vista, Windows 2008, Windows 7 kimi və sonrakılar ilə uyğunlaşır, dəstəklənmə WinXP üçün də əlavə edilmişdir.

 

Windows NT əməliyyat sistemi ilə təqdim edilmiş NTFS (New Technology File System) ACL (Access control list – qoşulmaya nəzarət siyahısı) əsaslı icazə yoxlamasına imkan verir.

Məntiqi diskin NTFS üçün formatlaşdırılmasında faylların baş cədvəlini (MFT – Master File Table) özündə saxlayan fayl yaradılır. Cədvəldəki hər bir yazı ölçüsü 1 kB olan bir faylı təsvir edir. MFT-də fayllar haqqında saxlanılan informasiya ƏS-nin məhsuldarlığının artırılmasını təmin edir. NTFS tomu (məntiqi diski) haqqında əsas informasiya tomun yükləyici sektorunda (Partition Boot Sector) saxlanılır.

NTFS-in üstünlükləri:

ü  Verilənlərin mühafizəsində müasir texnologiyadan istifadə

ü  Fayl və qovluqların şifrələnməsi, sıxılması və bərpası imkanı

ü  Transaksiya texnologiyasının tətbiqi

ü  Nasaz sektorlar meydana çıxdıqda klasterlərin əvəz olunması (cluster remapping)

ü  Böyük ölçülü fayl və bölmələrin dəstəklənməsi

ü  Fayl, qovluq və disklərin avtomatik sıxılması və açılmasının dəstəklənməsi

ü  Diskin bölməsində faylların maksimal imkanla kəsilməz yazılması texnologiyası

ü  Hər bir istifadəçi üçün ayrıca bərpaolunma səbəti (recycle bin)

 

Windows ƏS-də EFS (Encrypting File System) fayl sistemindən də istifadə olunur. Bu fayl sistemi NTFS fayl sisteminin bölməsində yerləşməklə fayl və qovluqları şifrələyir. Şifrələnmə işin sonunda aparılır və faylın açılması zamanı şifrə açılır. Bu zaman sistem faylları şifrələnmir.

 

Fayl və qovluqların şifrələnməsi açıq açarla yerinə yetirilir. DES (Data Encryption Standart) alqoritmi və onun olduqca etibarlı modifikasiyası olan Triple DES 56 bit uzuluqlu simmetrik açardan istifadə etməklə blokları 64 bit üzrə emal edir.

 

EFS ilə işdə hər bir istifadəçinin iki açarı olur: açıq (public key) və bağlı (private key). Birincidən məlumatı göndərən istifadə edir, bağlı açar isə yalnız məlumat sahibinə məlumdur. Açıq açarla şifrələnmədə şifrələnən və şifrədən açılan açarlar üst-üstə düşür.

 

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov