MS DOS əməliyyat sistemi


MS DOS 1981-ci ildə IBM firmasının ilk fərdi kompüterlərinin istehsal edilməsi ilə  birlikdə istifadə edilməyə başlanan əməliyyat sistemidir.

Çox istifadəçili mühitlərə uyğun ola bilməyən DOS əməliyyat sisteminin yaddaş idarəetməsi və qrafik əməliyyatlarda güclü olmaması onun çatışmazlığıdır. Yaddaşda az yer tutması, aşağı təchizata sahib kompüterlərdə istifadə edilə bilməsi isə üstünlükləridir. Ən əhəmiyyətli üstünlüklərindən biri də asan öyrənilməsidir.

DOS əməliyyat sistemi, "Disk Operating Systems" sözlərinin qısaldılmış halıdır. Bu ƏS aşağıdakı funksiyaları yerinə yetirən kompleks proqramlara malikdir:

§  Proqramların icrasının idarə edilməsi

§  Fərdi kompüter resurslarının idarə edilməsi

§  Prosessor və xarici qurğuların iştirakı ilə informasiya emalının təşkili

§  İnformasiyanın xarici yaddaşda saxlanılması və disklərə xidmət işinin yerinə yetirilməsi

 

MS DOS ƏS-nin əsas komponentləri aşağıdakılardır:

·         fayl sistemi

·         xarici qurğuların drayverləri

·         əmrlər prosessoru

MS DOS əməliyyat sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir:

Giriş-çıxış baza sistemi (BIOS). BIOS-un genişlənmə faylları BIO.COM və IO.SYS-dir. BIOS-un tərkibinə şəbəkəyə qoşularkən kompüterin yaddaşını və qurğuların işini yoxlayan, kompüterin fəaliyyət testi daxildir. Bundan başqa BIOS-un tərkibinə əməliyyat sistemini yükləyən proqram da daxildir.

Əməliyyat sisteminin yükləyicisi. Bu, çox qısa proqram olaraq əməliyyat sisteminin iki modulunu əməli yaddaşa yükləmək üçün nəzərdə tutulmuşdur. AUTOEXEC.BAT – maşın yüklənərkən istifadəçilər üçün əlverişli şərait yaramaq məqsədi ilə bəzi başlanğıc şərtlərin avtomatik olaraq qəbul edilməsinə imkan verir.

IO.SYS və MS DOS.SYS disk və ya sistem faylları. Bu fayllar yükləyici vasitəsilə yaddaşa yüklənir və daimi ortada qalır. IO.SYS BIOS-a əlavə olub daxiletmə və xaric etmə qurğuları ilə işləmək üçün əsas vasitələri təmin edir. MS DOS.SYS DOS-un əsas proqramını idarə edir. O, yüksək səviyyəli əməliyyatları təşkil edir.

DOS-un əmr prosessoru. COMMAND.COM disk faylında yerləşir. O istifadəçinin daxil etdiyi əmrləri emal edir. Əmrlərin bir hissəsini əmr prosessoru özü yerinə yetirir. Belə əmrlər daxili əmrlər adlanır. İstifadəçinin xarici əmrlərini yerinə yetirmək üçün əmr prosessoru müvafiq adlı proqramı disklərdə axtarır, tapdıqda yaddaşa yükləyir və idarəetməni ona verir.

DOS-un xarici əmrləri. Bu proqramlar ayrı-ayrı fayllar şəklində əməliyyat sistemi ilə birlikdə tədarük edilir.

Qurğu drayverləri. Bu xüsusi proqramlar DOS-un daxiletmə-xaricetmə sistemini tamamlayır və yeni qurğulara xidməti, həm də mövcud qurğulardan qeyri-standart istifadəni təmin edir. Drayverlər əməliyyat sistemi yüklənərkən kompüterin yaddaşına yüklənir, onların adları CONFIG.SYS faylında yerləşir.

 

DOS əməliyyat sisteminin açılış mərhələləri

Kompüterlərdə BIOS adı verilən və içərisində test proqramları, ekran, printer, drayver, klaviatura idarə proqramları kimi məlumatların olduğu ROM yaddaş vardır. Kompüter açıldığında BIOS içərisində iştirak edən və qısaca POST (Power On Self Test) deyilən qismin köməyi ilə sistemin funksiyalarını yerinə yetirib-yetirmədiyinə nəzarət edilir, varsa sərt disk təyin olunur.

Sistem Disketdən Açılırsa

A sürücüsünə baxılır, varsa bu disketin ilk sektoru yaddaşa yüklənir. İdarə, bu sektorda olan və Boot Record adı ilə xatırlanan kiçik bir yükləyici proqrama keçər.

Sistem Diskdən Açılırsa

Əgər A sürücüsündə disket yoxsa və hard disk olduğu təyin olunmuşdursa, hard diskin ilk sektoru olan Master Boot (MBR) yüklənir və idarə, kiçik bir yükləyici proqrama köçürülər. MBR diskin üzərində olan hissələrdən (partition) hansının sistemi açacağına qərar verir. Daha sonra bu hissə üzərindəki boot sektoru oxuyur.


DOS hard diskimiz mənasını verən "c:\>" promptundan açılır. Burada "prompt" yol yəni üzərində əməliyyat edəcəyimiz sürücü mənasındadır.

DOS-da istifadə edilən bəzi qısayol düymələri bunlardır:

F1: ən son yazılan əmrin hərf-hərf göstərir.

F3: ən son yazılan əmri hamısını göstərir.

F6: (və ya CTRL+Z) "copy con" əmriylə yaradılan fayl mübadiləsinin yekunlaşdırılmasını təmin edir.

Insert: DOS-da yazı yazarkən və silərkən kursor iki rejimdə olur. 1. Əlavəetmə (insert), 2. Əvəzetmə (overtype). Insert düyməsi də bu iki rejim arasında keçiş etməyi təmin edir.

DOS-da iki dənə xüsusi simvol olur. 1. * (asteriks), 2. ? (sual işarəsi) dir. * birdən çox simvolu, ? isə yalnız olduğu yerdəki tək simvolu əvəz edir. Bu xüsusi simvollar bir fayl axtararkən köməkçi olurlar. Məsələn; *.exe yazdığımızda exe genişlənməli bütün faylların göstərilməsində bizə köməkçi olur.

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov