SCANDISK: sistem içindəki istənilən sürücünün səhv idarəsini təyin edən və səhvləri düzəldən scandisk proqramını işlədir.
İstifadəsi: C:\>SCANDISK C: <ENTER>
FORMAT: sistem içindəki istənilən sürücünün sahib olduğu məlumatları silmə və yeni alınan bir sabit diski və ya disketi istifadəyə hazırlamağa yarayan əmrdir.
İstifadəsi: C:\>FORMAT C: /Q/U/S/C <ENTER>
Q: c-ni daha sürətli formatlamaq üçün istifadə edilən parametrdir.
U: c-yə edilən formatın geri qaytarılması üçün istifadə edilir.
S: c-yə sistem faylları silinmədən format etməyi təmin edən parametrdir.
C: c-ni tamamilə yəni yavaş, amma sağlam bir şəkildə formatlamaq üçün istifadə edilir.
TREE: sabitdiskdə olan kataloqunların ağac şəklində siyahılanmasını təmin edən əmrdir.
İstifadəsi: C:\>TREE <ENTER>
EDIT: DOS mühitindəki mətn prosessoru EDITin açılmasını təmin edən əmrdir.
İstifadəsi: C:\>EDIT <ENTER>
FDISK: sabitdiski iki və ya daha çox parçaya bölən və ya bölünmüş sahələri silən əmrdir. Bu əmr istifadə edildikdən sonra sistem resetlənir və sonra da format əmri istifadə edilərək sabitdisk hazırlanmış olur.
İstifadəsi: C:\>FDISK <ENTER>
XCOPY: faylları varsa alt kataloqları ilə birlikdə kopiyalamağa yarayan əmrdir.
İstifadəsi: C:\>XCOPY <fayl adı>
<kopyalanacaq yer> <ENTER>
DISKCOPY: birə-bir kopyalama əməliyyatı edir. Bir dolu disket və ya sabitdisk içindəkiləri boş olanlara birə-bir köçürmə əməliyyatını edən əmrdir.
İstifadəsi: C:\>DISKCOPY A: <ENTER>
SYS: sistem faylları olan IO.SYS və COMMAND.COM-u disketə kopiyalayan əmrdir.
İstifadəsi: C:\>SYS A: <ENTER>
BACKUP: sistemin bütün faylları ilə ehtiyatının alınmasını təmin edən əmrdir.
İstifadəsi: C:\>BACKUP C: <ENTER>
RESTORE: BACKUP-la ehtiyatı alınmış faylların açılması əməliyyatını təmin edər.
İstifadəsi: C:\>RESTORE C: <ENTER>
DELTREE: kataloqunları alt kataloqunları ilə birlikdə silməyi təmin edən əmrdir.
İstifadəsi: C:\>DELTREE <SILINƏCƏK KATALOQUN> <ENTER>