Daxili əmrlər:
DIR: üzərində olduğunuz kataloqun içində olan faylların göstərilməsini təmin edir.
İstifadəsi: C:\>DIR <ENTER>
DIR/P: üzərində olduğunuz kataloqun içində olan faylların səhifə səhifə göstərilməsini təmin edir.
İstifadəsi: C:\>DIR/P <ENTER>
DIR/W: üzərində olduğunuz kataloqun içində olan faylların sütunlar üzrə yan-yana göstərilməsini təmin edir.
İstifadəsi: C:\>DIR/W <ENTER>
DIR/S: üzərində olduğunuz kataloqun içində olan sistem faylların göstərilməsini təmin edir.
İstifadəsi: C:\>DIR/S <ENTER>
DEL: (və ya ERASE) fayl silmə əməliyyatı üçün istifadə edilir.
İstifadəsi: C:\>DEL <silinəcək fayl> <ENTER>
REN: fayl adının dəyişdirilməsini təmin edir.
İstifadəsi: C:\>REN <faylın köhnə adı> <yeni ad> <ENTER>
COPY CON: fayl yaratma əməliyyatı üçün istifadə edilir.
İstifadəsi: C:\>COPY CON <ən çox 8 simvollu fayl adı> <ENTER> <fayla daxil ediləcək məlumatlar> <F6 düyməsi>
Z (fayl sonu işarəsi) 1 fayl kopyalandı
COPY: faylın surətinin alınmasını təmin edir.
İstifadəsi: COPY <faylın adı><surətin adı><ENTER>
COPY siyahı.txt PRN əmri ilə siyahı.txt faylının surəti çap edilir.
CLS: ekranın təmizlənməsini təmin edir.
İstifadəsi: C:\>CLS <ENTER>
TYPE: seçilən faylın içindəki məlumatları göstərir.
İstifadəsi: C:\>TYPE <fayl adı> <ENTER>
DATE: sistemin tarixini verir.
İstifadəsi: C:\>DATE <ENTER>
TIME: sistemin saatını verir.
İstifadəsi: C:\>TIME <ENTER>
LABEL: sistemin vahid etiketi nizamını və harddiskin sahib olduğu tutumu verir.
İstifadəsi: C:\>LABEL <ENTER>
VER: sistemdəki əməliyyat sisteminin versiyasını verir.
İstifadəsi: C:\>VER <ENTER>
VOL: sistemdə səs kartı mövcud isə səs kartının ardıcıl nömrəsini verir.
İstifadəsi: C:\>VOL <ENTER>
ATTRIB +H: seçilən faylı gizli hala gətirir.
İstifadəsi: C:\>ATTRIB +H <fayl adı> <ENTER>
ATTRIB -H: seçilən faylın gizliliyini aradan qaldırır.
İstifadəsi: C:\>ATTRIB -H < fayl adı > <ENTER>
ATTRIB +R: seçilən faylı oxuna bilər amma silinə bilməz hala gətirir.
İstifadəsi: C:\>ATTRIB +R < fayl adı > <ENTER>
MD: (və ya MKDIR) yeni kataloq yaradır.
İstifadəsi: C:\>MD <kataloqun adı> <ENTER>
<kataloqun içinə giriləcək məlumatlar>
CD: kataloqun içində olan altkataloqa girməyi təmin edir.
İstifadəsi: C:\>CD <kataloqun adı> <ENTER>
C:\ <kataloqun adı>
CD\ şəklində yazdıqda baş kataloqa keçid təmin olunur.
RD: istənilən kataloqun silinməsini təmin edir.
İstifadəsi: C:\>RD <kataloqun adı> <ENTER>
MOVE: kataloqun adının və faylların yerinin dəyişdirilməsi üçün istifadə olunur.
İstifadəsi: MOVE <kataloqun adı> <yeni kataloq adı><ENTER> - kataloqun adını dəyişir;
MOVE <fayl> <kataloq><ENTER> - cari kataloqdakı faylı yeni kataloqa göndərir.