Sürücüləri (drayvları) adlandırma
DOS əməliyyat sistemində, kompüterin modulları onları təmsil edən hərf və işarələrin önünə iki nöqtə ":" işarəsi qoyularaq göstərilir.
|
Disket Sürücüləri |
A:, B: |
|
Printer |
PRN: |
|
Sərt disk (Hard Disk) |
C: |
|
Ardıcıl Portlar |
AUX: |
|
Paralel Portlar |
LTP1:, LTP2:, LTP3: |
|
Boş Vahid |
NULL |
|
Ardıcıl Portlar |
COM1:, COM2:, COM3: |
|
Ekran |
CON (Console) |
Kataloq yolu işarəsi (Əmr göstəricisi):
Sistem işarəsi
Kompüterlərdə DOS əməliyyat sistemi əmrlərinin yazılıb işlənə biləcəyini ifadə etmək məqsədi ilə sürücü adı ilə birlikdə (>) işarəsi göstərilir. Bu işarəyə sistem işarəsi adı verilir.
Məsələn:
A sürücüsündə işləyirsə A>
B sürücüsündə işləyirsə B>
xəbərdarlıqları ekrana göstərilir.
Kataloq (qovluq) yolu işarəsi
Tərs sleş ( \ ) işarəsi qovluq yolunu göstərməyi təmin edir.
Məsələn:
C:\ C sürücüsünün ana qovluğunu ifadə edir.
Kataloq və alt kataloq (qovluq – directory)
Kataloq proqramların və ya faylların simvolik adları olduğu cədvələ verilən addır. Qovluqlar iki müxtəlif şəkildə ifadə edilir.
Ana qovluq (Root directory)
Hər disk ya da disketdə mütləq olur. Disk ya da disketlər istifadə edilə biləcək hala gətirildiyində, kompüter tərəfindən avtomatik olaraq yaradılır. Disk ya da disket üzərində alt qovluqlar və fayllar, mütləq bir ana qovluğa bağlıdır. Ana qovluq heç bir zaman silinə bilməz. Ana qovluq, disk ya da disketlərin gövdəsini təşkil edir.
Məsələn:
A:\ A sürücüsündə işlənildiyini və A ana qovluqda olunduğunu ifadə edir.
Alt (sub) qovluq
İstifadəçi tərəfindən yaradılır. Alt qovluq meydana gətirilərkən istifadəçinin istəyinə bağlı olaraq ad verilir. Ad vermədə fayl adında tətbiq olunan qaydalara diqqət yetirilir. Ümumiyyətlə alt qovluqlara genişlənmə verilmir. Disk ya da disketlərdə olan alt qovluqların adının yanında <DIR> işarəsi olur. Hər alt qovluq, ana qovluğa bağlıdır. Alt qovluq içərisində başqa alt qovluqlar və ya fayllar da ola bilər. Alt qovluqlar, faylları qruplaşdırıldırmaq məqsədiylə istifadə edilir.
Fayl (file)
Kompüter mühitində, məlumatların bir arada toplandığı mühitə fayl adı verilir. Məsələn; kompüter köməyiylə yazılmış olan bir tapşırıq, disk və ya disketə saxlanması halında fayl xüsusiyyəti qazanır.
Fayl Adlandırma Qaydaları
Kompüter mühitində məlumatların saxlana bilməsi üçün fayllara ad verilir. Fayl adı yazılarkən aşağıdakı qaydalara əməl edilir:
Fayl adı ən çox 8 simvol uzunluğunda ola bilər.
Fayl adı içərisində
|
" |
* |
; |
+ |
= |
/ |
? |
< |
> |
[ |
] |
kimi xüsusi simvollar ola bilməz.
DOS üçün xüsusi məna daşıyan aşağıdakı ifadələr, fayl adı olaraq verilə bilməz:
CON, COM1, COM2, COM3, LTP1, LTP2, LTP3, LST, NUL, PRN, AUX, CLOCK$
Fayl adı içərisində, boşluq (space) ola bilməz. Fayl adları A-dan Z-yə ingilis hərflərindən; (0-9) arasındakı rəqəmlərdən və nöqtə işarələrindən ibarət olmalıdır.
Fayl genişlənmələri və tipləri
Genişlənmə faylın içərisindəki məlumatın növünü təyin etmək məqsədiylə 3 simvol uzunluğunda verilə bilər. Bəzi fayl tipləri aşağıdakılardır:
BAS [Basic proqram faylı]
COM [Maşın dilinə çevrilmiş proqram faylı]
EXE [Maşın dilinə çevrilmiş proqram faylı]
DAT [Məlumat (Verilənlər bazası) faylı]
TXT [Sənəd və ya mətn faylı]
COB [Kobol qaynaq proqram faylı]
BAT [Toplu əməliyyat faylı]
SYS [Sistem faylı]
PAS [Paskal proqram faylı]
WK1 [Wortstar mətn faylı]
DOC [WORD mətn faylı]
XLS [EXCEL iş cədvəli]
İcra olunan fayllar
Davamı COM, EXE və BAT olan fayllar dərhal işləyə bilər fayllardır. Prioritet sırası COM, EXE və BAT şəklindədir.