Fərdi kompüterlər üçün VBİS-lər

FK üçün yaradılan VBİS-lərin böyük əksəriyyəti relyasiya tiplidir.

FK-nın proqram təminatında verilənlərin idarə olunması üçün 3 növ proqram təminatı vasitələri nəzərə alınır:

1)      Xarici yaddaşda saxlanan verilənlərə müraciət metodlarını yerinə yetirən proqram vasitələri;

2)      Verilənlərin idarə olunması üçün müxtəlif inteqrallaşdırılmış və xüsusi funksional paketlərə daxil edilən proqram vasitələri (Lotus-1, 2, 3, SuperCalc, Quattro, QuattroPro, Excel);

3)      İnkişaf etmiş sərbəst VBİS-lər (dBase-nin müxtəlif variantları, o cümlədən dBaseIV, FoxBase+, Clipper, dBase for Windows, FoxPro-nin müxtəlif variantları, Paradox, Access, Oracle-ın müxtəlif variantları və s.).

 

            VB sistemləri üçün nəzərdə tutulan vasitələrə VBİS-lərdən əlavə aşağıdakılar da daxildir:

-          Proqram kodlarının generatorları və konvertorları

-          VBİS-in proqramlaşdırma dilinin interpretatorları və kompilyatorları

-          Sazlayıcı proqramlar

-          Menyular və giriş-çıxış formalarının hazırlanması üçün vasitələr

-          Hesabatlar generatorları

-          Verilənlərin qarfiki təsvir vasitələri

-          Ənənəvi proqramlaşdırma dilləri çərçivəsində VB-yə müraciət etmək üçün interfeyslər

-          Fayl verilənləri konvertorları

-          İstifadəçilərin öyrədilməsi üçün interaktiv sistemlər və s.

           

VBİS-lərdən tələb olunan və müasir sistemlərin əksəriyyətinə xas olan digər mühüm xassə istifadəçi interfeysinin rahat və əlverişli olmasıdır ki, bəzi inkişaf etmiş VBİS-lərdə (dBaseIV, dBase for Windows, R:base, Paradox, Oracle) istifadəçi interfeysləri bir neçə səviyyədə qurulur. İstifadəçinin peşə hazırlığına müxtəlif səviyyələrdə müxtəlif cür tələblər qoyulur.

            Fərdi kompüterlər üçün yaradılan VBİS-də həll olunan vacib problemlərdən biri də digər proqram sistemləri ilə verilənlər mübadiləsinin təminidir. Bunun üçün Windows mühitində mövcud olan “verilənlərin dinamik mübadiləsi” (DDE) və “obyektlərin əlaqələndirilməsi və tətbiqi” (OLE) kimi mexanizmlər tətbiq olunur.


 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov