İlk dəfə elektron cədvəl ideyası 1979-cu ildə Harvard universitetinin tələbəsi Den Briklin (Dan Bricklin) tərəfindən irəli sürülmüşdür. O və onun dostu Bob Frankston birinci elektron cədvəl proqramını hazırlamış və onu VisiCalc adlandırmışdırlar. İlk vaxtlar proqram yalnız Apple II kompüterləri üçün nəzərdə tutulmuşdur.
1982-ci ildə proqram məhsulları bazarına Lotus 1-2-3 proqramı çıxarıldı. Lotus birinci cədvəl prosessoru idi ki, adi alətlərlə yanaşı, qrafiklə və verilənlər bazasının idarəetmə sistemləri ilə işləmək imkanına malik idi. Lotus IBM tipli kompüterlər üçün nəzərdə tutulmuşdur.
1987-ci ildə Microsoft firması Excel elektron cədvəl prosessorunu istehsal etdi. Microsoft Excel 2010 elektron cədvəl prosessoru –
· müxtəlif funksiyalardan (mətni, məntiqi, riyazi, maliyyə, statistik və s.) istifadə edərək hesabatların hazırlanmasını,
· məlumatlara uyğun müxtəlif formalı diaqramların qurulmasını,
· verilənlərin nizamlanmasını,
· verilənlərə süzgəclərin (filtrlərin) tətbiq edilməsini,
· forma və hesabat cədvəllərinin tərtibini,
· verilənlərin siyahılar şəklində (verilənlər bazası) tərtibatını,
· verilənləri konsolidasiyasını (bir neçə cədvəlin verilənlərinin bir cədvəldə birləşməsini),
· düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını,
· verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsinin mühafizəsini,
·
bir və ya bir
neçə xananın (cell), cədvəlin özünün və ya iş kitabının mühafizəsini
həyata
keçirən prosesləri
yerinə yetirir.
|
|
|
|
|
|