Relyasiya modeli mövzu sahəsini əhatə edən nisbətləri və onlar arasındakı əlaqələri əks etdirir. RM VB məntiqi sxemi nisbətlər sxemi şəklində təsvir edilir. Relyasiya modelinin elementləri bunlardır:
|
Relyasiya modelinin elementləri |
Təsvir forması |
|
Nisbət |
Hər hansı mahiyyət haqqında verilənləri VB-də saxlayan cədvəl (fayl) |
|
Nisbətin sxemi |
Nisbətin adı və atributların siyahısı |
|
Nisbətlər (relyasiya) sxemi |
VB-dəki nisbətlərin sxemləri və onlar arasındakı əlaqələr |
|
Mahiyyət |
Verilənləri nisbətdə saxlanılan informasiya obyekti |
|
Kortej |
Cədvəlin sətri (yazı) |
|
Atribut (rekvizit) |
Mahiyyəti xarakterizə edən xassə - cədvəlin sütununun başlığı (adı) |
|
Domen |
Cədvəlin sütunu |
|
Açar |
Bir və ya bir neçə atribut |
|
Verilənin tipi |
Domendəki elementlərin qiymətlərinin tipi |
Nisbətin kortejinə bir-başa müraciət etmək üçün açardan istifadə olunur. Nisbətin açarı və ya əsas açar (primary key) hər bir korteji birmənalı təyin edən atributdur. Açar tərkibli, yəni bir neçə atributdan ibarət ola bilər. Bundan əlavə, xarici açar (foreign key) anlayışı da mövcuddur. Xarici açar vasitəsilə nisbətlər arasında əlaqə yaradılır.
Verilənlərin tamlığını təmin etmək məqsədilə xarici açarlara istinad tamlığı adlı məhdudiyyət qoyulur. Bu o deməkdir ki, xarici açarın hər bir qiyməti üçün əlaqələndirilən nisbətlərdə kortejlər olmalıdır. Əksər hallarda hər bir nisbət ayrıca faylda saxlanılır (MS Access-də isə bir faylda bütöv VB saxlanılır).
Cədvəlin nisbət hesab olunması üçün aşağıdakı tələblər qoyulur:
- Eyni qiymətli əsas açara malik iki sətir ola bilməz
- Təkrarlanan adla sütunlar ola bilməz
- Bütün sətirlər eyni struktura malik olmalıdır
- Sütunlar tərkibli ola bilməz
- Sətirlərin ardıcıllığı istənilən qaydada ola bilər
-
Nisbətlər üzərində aparılan əməliyyatlar iki qrupa bölünür:
1) Çoxluqlar üzərində əməliyyatlar: toplama, kəsişmə, çıxma, bölmə, dekart hasil
2) Nisbətlər üzərində xüsusi əməliyyatlar: proyeksiya, birləşdirmə, seçmə
Relyasiya VBİS-lərdə nisbətlər üzərində əməliyyatlar aparmaq üçün iki qrup dillərdən istifadə olunur:
1) Relyasiya cəbrinə əsaslanan – operandlar və əməliyyatların nəticələri nisbətlərdir. Bu cür dillər prosedurludur (dBase).
2) Relyasiya hesablamalarına əsaslanan – qeyri-prosedurlu dillər (SQL). Burada VB-yə verilən sorğu yalnız tələb olunan nəticə haqqında informasiyaya malik olur. Relyasiya cəbri ilə relyasiya hesablamaları arasında reduksiya proseduru adlanan vasitə ilə əlaqə yaradılır.