Proqramlaşdırma dillərinin tətbiq bəzi sahələri tətbiq
sahələri aşağıdakı diaqramda göstərilmişdir.

Verilənlər bazasının proqramlaşdırma dilləri. Bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə görə fərqlənir. İlk bazalar böyük informasiya massivlərinin emalına və müəyyən əlamətə görə bir qrup informasiyanın seçilməsinə ehtiyac olanda yaradılmışdır. Bunun üçün strukturlaşdırılmış sorğular dili SQL (Structured Query Language) dili yaradılmışdır. O güclü riyazi nəzəriyyəyə əsaslanmaqla verilənlər bazasını effektiv emal etməyə imkan yaradır.
İnternet üçün proqramlaşdırma dilləri. HTML (Hyper Text Markup Language) çox tanınmış, sadə bir dil olmaqla, mətnin formatlaşdırılması, şəkillərin əlavə olunması, şiriflərin və rənglərin verilməsi, istinadların və cədvəllərin tərtib olunması kimi elementar əmrlərə malikdir. Çox WEB-səhifələr HTML-də və onun genişləndirilmiş variantlarında yazılmışdır.
PHP (ingiliscə PHP – Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş bir skriptləşdirmə dilidir. İlk əvvəllər onun adı Personal Home Page sözlərinin baş hərflərinin birləşməsindən əmələ gəlmişdir. 1994-cü ildə Rasmus Lerdorf CGI alətlərini yazmağa başladı və daha sonra 1995-ci ildə onları mükəmməlləşdirərək PHP dilini ortaya çıxartdı. Əksər hallarda PHP, Linux əməliyyat sistemi, MySQL məlumatlar bazası və Apache veb serveri qısa olaraq LAMP kimi (Linux, Apache, MySQL, PHP) yazılır.
1980-ci illərdə PERL dili işlənib hazırlandı. O, böyük mətn fayllarının effektiv emal olunması, mətn hesabatlarının generasiya olunması və məsələlərin idarə olunması vasitəsi kimi yaradılmışdı. Onun sətrlərlə, massivlərlə işləmək funksiyaları, verilənlərin çevrilməsi vasitələri, sistem informasiya ilə işləmək imkanları da çox genişdir.
Mürəkkəb veb səhifələrin təsviri üçün Netscape Communications şirkətində Brendan Eyx tərəfindən 1995-ci ildə JavaScript dili yaradıldı. VBScript dili JavaScript-in alternativi olaraq, Microsoft tərəfindən yaradılmışdır.