Alqoritmin xassələri aşağıdakılardır:
§ Alqoritm ardıcıl icra edilən əmrlər və ya əvvəlcədən müəyyən edilmiş sadə mərhələlər şəklində təsvir edilməlidir. Hər bir mərhələ verilənlərdən asılı olaraq sonlu vaxt ərzində icra olunmalıdır. Bu diskretlik xassəsidir.
§ Alqoritmin hər bir addımının məzmunu və bu addımların yerinə yetirilmə ardıcıllığı dəqiq və birqiymətli təyin olunmalıdır. Bu alqoritmin müəyyənlik xassəsidir.
§ Alqoritm ümumi olmalıdır, yəni müəyyən məsələ üçün tərtib olunmuş alqoritm, həmin tipdən (sinifdən) olan bütün məsələlər üçün yararlı olmalıdır. Bu alqoritmin kütləvilik xassəsidir.
§ Alqoritmdəki addımlar və onları təşkil edən əməliyyatlar sonlu sayda olmalıdır. Yəni, alqoritm sonlu sayda mərhələdən sonra qurtarmalıdır. Buna, alqoritmin nəticəlilik xassəsi deyilir.
|
|
|
|
|
|