Proqramlaşdırma dilləri
Proqram –
hər hansı alqoritmin kompüterdə icrası üçün maşın əmrlərinin
ardıcıllığıdır. EHM-də proqram yazmaq üçün istifadə olunan
formallaşmış dillərə proqramlaşdırma dillərideyilir. İstənilən proqramlaşdırma
dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və
semantikası.
Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə
tutulur.
Sintaksis əlifbada
olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (əmrlərin,
operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu
qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.
Semantika dilin
bu və ya digər sintaksis konstruksiyalarının
təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin
hesablanması yazılıbsa, onda semantika qaydaları maşına “göstərir” ki,
əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.
Aşağıda bəzi proqramlaşdırma dilləri haqqında məlumat
verilmişdir.
- ASSEMBLY – 1952-ci
ildə Qreys Hopper tərəfindən yaradılmış ilk mnemonik proqramlaşdırma
dilidir.
- FORTRAN (FORmula
TRANslation) – Cim Bekus tərəfindən 1954-cü ildə yaradılmış
ilk kompilyasıya olunan proqramlaşdırma dilidir. Fortrandan
əsasən riyazi, texniki məsələlərin proqramlaşdırılması
üçün istifadə olunur.
- APL (Application Programming Language) – 1957-ci ildə verilənlərin riyazi emalının
təsviri üçün yaradılıb. Onun əsas fərqli xüsusiyyəti riyazi
simvollardan istifadə və olduqca güclü sintaksisin olmasıdır.
- LISP (for LISt Processing) – 1958-ci ildə Con Makkarti tərəfindən
yaradılmışdır. Bu dil riyazi funksiyalar üzərində
modelləşdirilmişdir. Planner (1967), Scheme (1975)
və Common Lisp (1984)
dilləri bu nəsildəndir.
- ALGOL –
1958-ci ildə Peter Naurun başçılığı altında yaradılmışdır.
- COBOL (COmmercial
and Business-Oriented Language) –
1959-cu ildə yaradılıb. Əsasən iqtisadiyyat sahəsində
biznes məsələlərinin həlli üçün nəzərdə tutulan kompilyasiya olunan
bir dildir.Bu dil özünün “çoxsözlülüyü” ilə fərqlənir.
- SNOBOL –
1962-ci ildə yaradılmış sətirlərin emalı üçün nəzərdə tutulan
dildir. Icon Snobolun
1972-ci ildə yaradılan varisidir.
- BASIC (Beginner’s All-purpose Symbolic Instruction Code) – Bu dil üçün həm kompilyatorlar, həm də
interpretatorlar mövcuddur. İlk dəfə proqramlaşdırmanı öyrənmək
məqsədilə 1964-cü ildə professorlar Kemeni və Kurts yaradılan bu dil
dünyada ən
geniş yayılmış dillərdəndir.
- PL1 –
1964-cü ildə IBM tərəfindən yaradılmışdır. Elmi və iqtisadi sahədə
proqramlaşdırma üçün nəzərdə tutulmuşdur. Bir çox əlavələrdə Cobol
və Fortranı əvəz etmişdir.
- SIMULA – 1967-ci ildə yaradılan ilk obyektyönlü
proqramlaşdırma dilidir.
- SETL –
1969-cu ildə çoxluqlarla əməliyyatların təsviri üçün yaradılmışdır.
- PASCAL –
1970-ci illərin sonunda isveçrəli professor Niklaus Virt tərəfindən
yaradılmışdır. Paskal dili struktur proqramlaşdırma üçün geniş
yayılan birinci dildir. Dilin əsas nöqsanlarından biri proqramın
modullara bölünmə vasitələrinin olmamasıdır. Virt bunu nəzərə alaraq
1978-ci ildə Modula-2 dilini yaratdı.
1988-ci ildə obyektyönlü əlamətlər əlavə edilmiş Modula-3 dili meydana gəldi. Paskal və Modula dillərinin
məntiqi davamı Oberon və Oberon-2 dilləridir.
- C –
1972-ci ildə Dennis Ritçi və Kerniq tərəfindən yaradılıb. C Unix
əməliyyat sistemini yazmaq üçün yaradılmış dildir.
- SmallTalk –
1972-ci ildə yaradılmış mürəkkəb qrafiki interfeyslərin
layihələndirilməsi üçün nəzərdə tutulan ilk obyektyönlü dildir.
- PROLOG (PROgramming in LOGic) – 1973-cü ildə fransız alimi Kolmeroe tərəfindən
yaradılıb. Mercury, Visual Prolog, Oz, Fril və
s. bu nəsildən olan dillərdir.
- OCCAM –
1982-ci ildə yaradılan bu dil çoxprosessorlu sistemlərdə
verilənlərin paralel emalı üçün nəzərdə tutulmuşdur.
- C++ – C-nin obyektyönlü
genişlənməsi olan bu dil 1983-cü ildə Byarn Strastrup tərəfindən
yaradılmışdır.
- LINDA –
1985-ci ildə paralel yerinə yetirilən proseslər arasındakı
qarşılıqlı əlaqənin təşkili üçün yaradılmışdır.
- ADA –
1983-cü ildə ABŞ-ın Müdafiə Nazirliyinin himayəsi ilə yaradılıb,
1995-ci ildə yeni versiya inkişaf etdirilmiş və standartlar (ADA 95)
qəbul olunmuşdur. Yeni versiyaya obyektyönlülük əlavə edilmişdir.
- Eiffel –
Bertan Meyer tərəfindən 1986-cı ildə yaradılan obyektyönlü
proqramlaşdırma dilidir. Sintaksisi Algola bənzəyir.
- Java –
1995-ci ildə Sun Microsystems şirkətində Ken Arnold və Ceyms Qoslinq
tərəfindən C++ dilinin əsasında yaradılmışdır.
- C# (C-sharp)
– 2001-ci ildə Microsoft şirkətində Andres Heylsberqin rəhbərliyi
ilə mühəndislər qrupu tərəfindən yaradılmışdır. C# dili
əsasən çoxkomponentli internet əlavələrinin işləməsi üçün nəzərdə
tutulur. Bu dil Microsoft.NET platforması
üçün əlavələrin işlənməsi üçündür.
Hüquqi
baxımdan qorunmur © 2016 Rəşad Həsənov