Keçən əsrin ortalarında ingilis alimi
Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki,
duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi
maddələrin, məsələn, şəkər, spirt və s. məhlulları isa cərəyanı keçirmir.
Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Faradey
elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır.
Elektrolitlərdə elektrik cərəyanının
daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha
çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya
edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir.
Elektrolitləri suda həll etdikdə və ya
əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir.
Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda,
bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin
kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik
dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.
Elektrolitik dissosiasiya dərəcəsi
ionlarına ayrılmış molekullar sayının məhlulda həll olmuş maddə
molekullarınını ümumi sayına olan nisbəti ilə xarakterizə olunur:
Dissosiasiya dərəcəsinini qiymətinə görə elektrolitləri üç
qrupa bölürlər:
1. Zəif elektrolitlər - dissosiasiya
dərəcəsi 3 %-dən az olur: NH4OH, H2CO3, H2S
2. Orta qüvvətli elektrolitlər -
dissosiasiya dərəcəsi 3-30 % arasında olur: Mg(OH), H3PO4
3. Qüvvətli elektrolitlər -
dissosiasiya dərəcəsi 30 %-dən böyük olur: LiOH, Ca(OH), H2SO4
Dissosiasiya dərəcəsinə rabitənin
təbiəti, həlledicinin təbiəti, məhlulun qatılığı, temperatur və ionların
qatılığı təsir göstərir.
Elektrolitik dissosiasiya sabiti isə
məhluldakı ionların qatılıqları hasilinin molekulların qatılığına nisbəti
ilə müəyyən edilir:
İzotonik əmsal (Vant-Hoff əmsalı)
ionların və dissosiasiya etməmiş molekulların ümumi sayının elektrolitin
ilkin molekullar sayına olan nisbəti ilə xarakterizə olunur.
[Əvvəlki səhifə]