Müxtəlif tipli informasiyaların həcminin hesablanması

Əvvəlki dərsimizdən də aydın olduğu kimi istənilən formalı informasiya kompüterdə ikilik rəqəmlər şəklində saxlanılır və emal olunur. Bu ikilik rəqəmlər də kompüterin yaddaş oyuqlarının mərtəbələrində saxlanılır. Hər mərtəbədə bir ikilik rəqəmin və ya bir bit informasiyanın saxlanması onu deməyə əsas verir ki, istənilən tip informasiyanın həcmi onun kodunun uzunluğuna, başqa bir deyimlə bitlərinin sayına əsasən təyin olunur.

İnformasiyanın həcminin ölçülməsi üçün bayt və onun misil vahidlərindən istifadə olunur. Aydındır ki, bitlərlə hesablanmış informasiya həcmini baytlarla da təsvir etmək mümkündür. Bunun üçün sadəcə alınmış ədədi 8-ə bölmək tələb olunur.

Müxtəlif informasiyaların həcminin hesablanması üçün tələb olunan əsas verilənlər həmin informasiyanın minimal elementlərinin sayı və hər bir elementin kod uzunluğudur. Mətn tipli informasiyalar üçün minimal element simvol, qrafiki tipli informasilar üçün isə pikseldir.

 

Verilmiş mətn fraqmentinin ölçüsünü tapmaq üçün onun simvol sayını hesablamaq və onun kodlaşdırıldığı sxemi bilmək tələb olunur.

 

Məsələ 1.

KEEP CALM AND STUDY HARD

Yuxarıdakı ifadə ASCII ilə kodlaşdırılmışdırsa, kompüterin yaddaşında neçə bayt yer tutar?

 

Yuxarıdakı ifadədə 20 hərf və 4 boşluq var, bu isə 24 simvol deməkdir.

Əgər o ASCII ilə kodlaşdırılıbsa, deməli hər simvol 8 bit kod uzunluğuna malikdir.

24 * 8 bit=192 bit

192 bit : 8 = 24 bayt

 

Mətn fraqmentinin yaddaşda tutduğu yeri (V) bilməklə onun simvol sayına (N) əsasən kodlaşdırıldığı sistemdəki simvol sayını (E) tapmaq olar.

 


Məsələ 2.

WHO LET THE DOGS OUT

Yuxarıdakı ifadə yaddaşda 15 bayt yer tutarsa, onun kodlaşdırıldığı sistemdə maksimum neçə simvol var?

 

15 bayt=15*8 bit= 120 bit

İfadədə 20 simvol var.

Deməli, hər simvol 120 bit : 20 = 6 bit yer tutur. 6 bitlik sistemdə isə 26 simvol ola bilər.

26=64

 

Mətn faylının ölçüsünün (V) hesablanması üçün həmin faylda olan simvolların sayı (N) və onun kodlaşdırıldığı sxemi bilmək tələb olunur.

Simvolların sayı sənədin səhifə sayı, bir səhifədəki sətirlərin sayı və bir sətirdəki simvolların sayının hasilinə bərabərdir.


Məsələ 3.

Hər səhifəsində 40 sətir, hər sətrində 80 simvol olan UNICODE vasitəsilə kodlaşdırılmış bir mətn faylı 24 səhifədən ibarətdirsə, yaddaş qurğusunda nə qədər yer tutar?

 

 

UNICODE standartında hər simvol 16 bit yer tutduğu üçün,

 

 

Audio faylın həcminin hesablanması üçün onun davametmə vaxtını, səs çalarının kod uzunluğunu və tezliyi bilmək lazımdır.

 


Məsələ 4.

32 saniyəlik audio faylın həcmi yüksək keyfiyyətdə nə qədərdir?

 

Yüksək keyfiyyətdə səsin kod uzunluğu 16 bit, tezlik isə 44 kHs olur. Odur ki,

 

           

            Qrafiki faylın həcminin (V) hesablanması üçün onun piksellərinin sayını (N) və hər piksel üçün kod uzunluğunu (L) bilmək tələb olunur.

 

 

 

 

Məsələ 5.

High Color rejimi üçün bir pikselə 16 bit yaddaş tələb olunur və ekranın icazə verilən xüsusiyyəti 768x512 nöqtə olduqda, onun təsvirinin saxlanması üçün video yaddaşın həcmi nə qədər olmalıdır?

 

Video faylın həcmini hesablamaq üçün statik qrafiki kadrların həcmini və ümumi kadrların sayını bilmək lazımdır.

 

 

Məsələ 6.

Video informasiya ekranın 800x600 rejimində, 16 rəng tərtibində və kadrların sürəti saniyədə 25 kadr olduqda, 30 saniyəlik video klip üçün yaddaşın həcmi nə qədərdir?

 

Kadr həcmi qrafiki informasiyanın həcmidir:

 

V = 800 x 600 x 16 = 768 x 104 (bit)

 

Kadrların sayı bir saniyədəki kadr sayının saniyələrin sayına olan hasilidir:

 

N = 25 x 30 = 750

 

 

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov