1. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 5 olan Sezar şifri ilə “HACKER” sözü şifrlənmişdir. Şifrlənmiş mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) KEFÖHV
B) QƏGÖXV
C) KEGÖHÜ
D) QƏFOXÜ
E) KEFOHÜ
2. Aşağıdakı işarələrdən hansı müəlliflik hüququna aiddir?
A) ©
B) ®
C) @
D) ™
E) &
3. Daktiloskopiya nədir?
A) Gözün qüzehli qişasının şəklinə görə tanınma
B) Nitqin özəlliklərinə görə tanınma
C) Ovucun cizgilərinə görə tanınma
D) Barmaq izlərinə görə tanınma
E) Üzün təsvirinə görə tanınma
4. Hər hansı məlum virusa yoluxmuş faylı aşkarlamağa imkan verən antivirus hansıdır?
A) Detektorlar
B) Faqlar
C) Müfəttişlər
D) Süzgəclər
E) Vaksinlər
5. Video-müşahidə kameraları, elektron qıfıllar və s. hansı mühafizə sisteminə aiddir?
A) Proqram-aparat
B) Mühəndis-texniki
C) Təşkilati
D) Qanunverici
E) Heç biri
6. Reklam proqramları necə adlanırlar?
A) Software
B) Recware
C) Freeware
D) Adware
E) Malware
7. Proqramların iş qabiliyyətlərini saxlamaqla onları virusa yoluxmuş kimi görünməsi üçün dəyişən antiviruslar hansıdır?
A) Detektorlar
B) Həkimlər
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər
8. Doğru mülahizəni seçin.
1. Rəqəmli imzada şifrləmə üçün açıq açar istifadə edilir
2. Rəqəmli imzada şifrləmə üçün gizli açar istifadə edilir
3. Rəqəmli imzada deşifrləmə üçün gizli açar istifadə edilir
4. Rəqəmli imzada deşifrləmə üçün açıq açar istifadə edilir
A) yalnız 1
B) 1 və 3
C) yalnız 2
D) 2 və 3
E) 2 və 4
9. Müzakirələr, planların hazırlanması və informasiyanın qorunması üzrə qurumların yaradılması kimi xüsusi tədbirlər hansı mühafizə sisteminə aiddir?
A) Proqram-aparat
B) Mühəndis-texniki
C) Təşkilati
D) Qanunverici
E) Heç biri
10. İnternet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər necə adlanır?
A) Piratçılıq
B) Kibercinayətkarlıq
C) Kriptoqrafiya
D) Virus hücumu
E) Hakerlik