Yoxlama nəticələri

1. Video-müşahidə kameraları, elektron qıfıllar və s. hansı mühafizə sisteminə aiddir?
A) Proqram-aparat
B) Mühəndis-texniki
C) Təşkilati
D) Qanunverici
E) Heç biri


2. Doğru mülahizəni seçin.
1. Sezar şifri asimmetrik şifrləməyə aiddir
2. Sezar açıq açarlı şifrləməyə aiddir
3. Sezar şifri gizli açarlı şifrləməyə aiddir

A) yalnız 1
B) 1 və 2
C) yalnız 2
D) 2 və 3
E) yalnız 3


3. İnternet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər necə adlanır?
A) Piratçılıq
B) Kibercinayətkarlıq
C) Kriptoqrafiya
D) Virus hücumu
E) Hakerlik


4. Kompüter viruslarından qorunma səviyyələri ardıcıl verilən variantı seçin.
1. virus hücümlarının təsiri minimuma endirilir
2. virusların kompüterə girməsinin qarşısı alınır
3. virus hücumlarının qarşısı alınır.

A) 1, 2, 3
B) 1, 3, 2
C) 2, 1, 3
D) 2, 3, 1
E) 3, 2, 1


5. Hansı antiviruslar kompüter hücumları mümkün olan yerlərdəki dəyişikliklərə nəzarət edir?
A) Detektorlar
B) Həkimlər
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər


6. Aşağıdakı kibercinayətkarları biliklərinin artma sırası ilə düzün.
1. Hacker
2. Script kiddie
3. Cracker

A) 1, 2, 3
B) 1, 3, 2
C) 2, 1, 3
D) 2, 3, 1
E) 3, 1, 2


7. Aşağıdakı işarələrdən hansı müəlliflik hüququna aiddir?
A) ©
B) ®
C) @
D) ™
E) &


8. Müzakirələr, planların hazırlanması və informasiyanın qorunması üzrə qurumların yaradılması kimi xüsusi tədbirlər hansı mühafizə sisteminə aiddir?
A) Proqram-aparat
B) Mühəndis-texniki
C) Təşkilati
D) Qanunverici
E) Heç biri


9. “İstifadəçidən icazəsiz informasiyaları toplayır və onları “cinayətkara göndərir”. Söhbət hansı ziyanlı proqramdan gedir?
A) Worm
B) Trojan
C) Hoax
D) Stealth
E) Polymorph


10. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 3 olan Sezar şifri ilə şifrlənmə nəticəsində “QPVGTPGV” şifrlənmiş mətni alınmışdır. İlkin mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z

A) İNTERNET
B) İNTERVAL
C) İNTRANET
D) JOUƏSOƏU
E) IMŞDPMDŞ