1. Mətn faylının tutumu 320 kbaytdır. Fayl hər səhifəsində orta hesabla 32 sətiri olan kitabdan ibarətdir. Hər sətirdə 64 simvol var. Faylın neçə səhifəsi var?
A) 320
B) 160
C) 540
D) 640
E) 1280
2. Saytın veb-serverdə yerləşdirilməsi və ona xidmət göstərilməsi necə adlanır?
A) monitorinq
B) yerləşdirmə
C) domen qeydiyyatı
D) texniki xidmət
E) hostinq
3. Qrafiki fayl 1024 rəng çalarına malik idi. Bu qrafiki təsvirin rəng çalarlarının sayı 256 dəfə azaldılarsa, qrafiki təsvirin yaddaş tutumu necə dəyişər?
A) 256 dəfə artar
B) 256 dəfə azalar
C) 4 dəfə azalar
D) 2 dəfə azalar
E) 5 dəfə azalar
4. Kompüterdə məsələnin həlli hansı ardıcıllıqla aparılır?
1. işçi proqramın icrası, nəticələrin alınması və təhlili
2. proqramlaşdırma dilinin seçilməsi və sazlanması
3. həll alqoritminin yaradılması
4. verilənlərin strukturunun təyini
5. məsələnin qoyuluşu
A) 1, 2, 3, 5, 4
B) 5, 1, 3, 4, 2
C) 3, 2, 1, 5, 4
D) 5, 3, 4, 2, 1
E) 5, 4, 1, 2, 3
5. 50 ədəd fərqli simvoldan ibarət olan bir mətni ən minimal əlifbada kodlaşdırdıqda yaddaşda nə qədər yer tutar?
A) 400 bit
B) 300 bit
C) 100 bit
D) 800 bit
E) 450 bit
6. Python dilində oyun proqramları yazmaq üçün hansı modullardan istifadə olunur?
A) Tkinter və PyGame
B) Panda3D və Tkinter
C) Turtle
D) PyGame və Turtle
E) Tkinter
7. Kompüterlərin strukturu nəyi təyin edir?
A) Kompüterin tərkibinə daxil olan komponentlərin tərkibini və onlar arasındakı qarşılıqlı əlaqəni
B) Kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini
C) Kompüterin arxitekturasını
D) Kompüterin qurğuları və onların imkanlarını
E) Kompüterin aparat və proqram vasitələrinin vəhdət təşkilini
8. Uyğunluğu müəyyən edin.
1. Giriş qurğuları
2. Çıxış qurğuları
3. yaddaş qurğuları
a) printer
b) digitayzer
c) Plotter
d) Hard disc
e) Mikrofon
A) 1-b, e; 2-a, c; 3-d
B) 1-e; 2-a, b, c; 3-d
C) 1-b; 2-a, c; 3-d, e
D) 1-a, b, e; 2-c; 3-d
E) 1-b, e; 2-a; 3-c, d
9. İkin proqram nədir?
A) əməliyyat sistemləri və tətbiqi proqram paketləri
B) kompüter dilinə tamamilə səhvsiz çevrilmiş istənilən proqram
C) utilit və drayver proqramı
D) proqramlaşdırma sistemləri və servis proqramları
E) məsələnin həll alqoritmi əsasında seçilən dildə yazılmış proqram
10. Verilmiş fiquru cəkmək ucun Bağaya hansı komandalar verilməli dir?
A) qələmiendir sola 140 irəli 70 sola 40 irəli 50 sağa 90 irəli 50
B) qələmiendir sağa 90 irəli 50 sola 90 irəli 50 sağa 40 irəli 70
C) qələmiendir irəli 50 sola 90 irəli 50 sağa 140 irəli 70
D) qələmiendir sağa 90 irəli 50 sola 90 irəli 50 sağa 140 irəli 70
E) qələmiendir sağa 90 irəli 50 sağa 90 irəli 50 sağa 140 irəli 70