Yoxlama nəticələri

1. Modeli yaradılan obyektin özünə nə deyilir?
A) maket
B) müqəvva
C) prototip
D) canlı
E) abstrakt


2. Kompüterdə informasiya modelinin hazırlanması mərhələlərin düzgün ardıcıllığı hansıdır?
1. Formallaşdırılmış modelin qurulması
2. Kompüter eksperimentinin aparılması
3. İnformasiya modelinin kompüter modelinə çevrilməsi
4. Təsviri informasiya modelinin qurulması
5. Nəticələrin təhlili və modelin təkmilləşdirilməsi

A) 1, 2, 3, 4, 5
B) 1, 4, 3, 2, 5
C) 1, 4, 3, 5, 2
D) 4, 1, 3, 2, 5
E) 4, 1, 2, 5, 3


3. Şəkillərdən hansında diqraf təsvir olunub


A) I
B) II
C) III
D) IV
E) V


4. Heç bir dövrəsi olmayan əlaqəli qrafa nə deyilir?
A) ilgək
B) ağac
C) vətər
D) dövrə
E) diqraf


5. Hər bir tilinə uyğun ədəd olan qrafa nə deyilir?
A) yönəldilmiş qraf
B) çəkili qraf
C) şəbəkə
D) ağac
E) diqraf


6. Öz aralarında ixtiyari qaydada birləşmiş müəyyən sayda obyektən ibarət olan struktur necə adlandırılır?
A) Ağac
B) Qraf
C) Cədvəl
D) İyerarxik
E) Matris


7. Qrafı təşkil edən obyektlər necə adlanır?
A) təpə
B) ilgək
C) qövs
D) vətər
E) til


8. Şəkildə x hərfi ilə göstərilən til necə adlanır?


A) ilgək
B) qövs
C) vətər
D) dövrə
E) diqraf


9. … öyrənilən obyektin, hadisənin, yaxud prosesin mühüm xassələrini əks etdirən obyektdir.
A) qlobus
B) maket
C) şəkil
D) model
E) xəritə


10. Müəyyən istiqaməti olan tilə nə deyilir?
A) ilgək
B) qövs
C) vətər
D) dövrə
E) diqraf