Yoxlama nəticələri

1. Mətn prosessorlarının mətn redaktorundan əsas üstünlüyü nədədir?
A) Mətnlərin formatlaşdırılması imkanı
B) Mətnlərin redaktəsi imkanı
C) Xarici yaddaşa qənaət etməsi
D) Animasiyalı mətnlər yaratmaq imkanı
E) Veb səhifələr yaratmaq imkanı


2. Python dilində ədədlərin hansı tipləri var?
1.Tam (int)
2.Həqiqi(real)
3.Uzun tam (long)
4.Həqiqi(float)
5.Tam(İnteger)

A) 1, 4, 5
B) 1, 2, 3
C) 1, 4
D) 2, 3, 5
E) 1, 3, 4


3. Faylın yolu verilmişdir:
C:Magistrinformatikamentiqdil.docx
Faylın yerini informatika kataloqundakı hedef kataloquna köçürdükdən sonra faylın yolu hansı şəkildə olar?

A) C: Magistrinformatikahedefmentiqdil.docx
B) C: Magistrinformatikahedef dil.docx
C) C: Magistrinformatika mentiqhedefdil.docx
D) C: Magistrinformatikadil.docx
E) C: Magistr hedef dil.docx


4. Tətbiqi proqramların təyinatı nədir?
A) Kompüterin işini və informasiya emalı prosesini idarə edir
B) Şəbəkə resurslarını idarə edir
C) Müəyyən tip məsələlərin həlli üçün nəzərdə tutulub
D) İstifadəçi ilə kompüter arasında əlaqə qurur
E) Digər proqramlarla periferiya qurğuları arasında əlaqə yaratmaq


5. İkin proqram nədir?
A) əməliyyat sistemləri və tətbiqi proqram paketləri
B) kompüter dilinə tamamilə səhvsiz çevrilmiş istənilən proqram
C) utilit və drayver proqramı
D) proqramlaşdırma sistemləri və servis proqramları
E) məsələnin həll alqoritmi əsasında seçilən dildə yazılmış proqram


6. Qrafiki fayl 1024 rəng çalarına malik idi. Bu qrafiki təsvirin rəng çalarlarının sayı 256 dəfə azaldılarsa, qrafiki təsvirin yaddaş tutumu necə dəyişər?
A) 256 dəfə artar
B) 256 dəfə azalar
C) 4 dəfə azalar
D) 2 dəfə azalar
E) 5 dəfə azalar


7. Bu növ qurulmuş şəbəkədə bütün kompüterlər eyni dərəcəlidir. Burada heç bir kompüter server kimi ayrılmır. Şəbəkədə olan istifadəçilər kompüterlərində olan faylları istənilən digər istifadəçilərlə sərbəst paylaşa bilərlər.
A) “Tay-tuşlar” şəbəkəsi
B) "Server-şin" şəbəkəsi
C) "Şin" şəbəkəsi
D) "Qonşular" şəbəkəsi
E) “Müştəri–qulluqçu” şəbəkəsi


8. Uyğunluğu müəyyən edin.
1. analoq informasiya
2. rəqəmsal informasiya
a) təbiətdə mövcud olan informasiyadır
b) kəsilən informasiyadır
c) kompüterdə mövcud olan informasiyadır
d) kəsilməz informasiyadır
e) virusa yoluxma təhlükəsi yoxdur

A) 1 – a, d; 2 – b, c, e
B) 1 – a, d, e; 2 – b, c
C) 1 – b, d, e; 2 – a, c
D) 1 – c, e; 2 – a, b, d
E) 1 – a, d; 2 – b, c, e


9. a, b və s dəyişənlərinin hansı qiymətləri çap olunacaq?
a = 2
b = 3
while a + b <= 12:
    a = a + 1
b = b + 2
s = a + b
print (a, b, s)

A) 5 9 14
B) 9 5 14
C) 10 5 15
D) 5 10 15
E) 10 9 19


10. Aşağıdakı proqram yerinə yetiriləndə sonra nəticə nə olacaq?
k=2
while k<99:
    k +=2
print (k)

A) sonsuz dövr yaranacaq
B) 100
C) 98
D) 102
E) kompilyasiya zamanı səhv meydana çıxacaq