Yoxlama nəticələri

1. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 169
x = (n // 10) % 10
y = (n // 100) % 10
z = n % 10
k = 100 * z + 10 * y + x

A) 961
B) 196
C) 691
D) 916
E) 619


2. Lisp dilinin müəllifi kimdir?
A) Con Bekus
B) Con Makkarti
C) Niklaus Virt
D) Qvido van Rossum
E) Ceyms Hoslinq


3. Aşağıdakı proqram nəyi hesablayır?
s = 0
h = 0
for i in range (a, b+1):
   x = i % 3
   if x==0:
       s = s + 1
       h = h + i
print(h/s)

A) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin ədədi ortasını
B) a-dan (b+1)-ə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin ədədi ortasını
C) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin cəmini
D) a-dan (b+1)-ə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin cəmini
E) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin ədədi ortasını


4. Aşağıdakı proqram nəyi hesablayır?
s = 0
while n >= 1:
   a = n % 10
   n = n // 10
   s = s + a    
print(s)

A) iki ikirəqəmli ədədin cəmini
B) istənilən iki ədədin cəmini
C) istənilən ədədin rəqəmlər cəmini
D) ikirəqəmli ədədin rəqəmlər cəmini
E) ədədin 10-a bölünməsindən alınan qalığı


5. Aşağıdakı kod fraqmentinin icrasından sonra hansı nəticə alınacaq?
if 5 and 2 :
   print(“yes”)
else:
   print(“no”)

A) 5
B) no
C) 2
D) yes
E) SintaxError:


6. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 374
s = 0
while n >= 1:
   a = n % 10
   n = n // 10
   s = s + a    
print(s)

A) 14
B) 3
C) 4
D) 0 (sıfır)
E) 1


7. Fortran dilinin müəllifi kimdir?
A) Con Makkarti
B) Alan Kolmero
C) Niklaus Virt
D) Con Bekus
E) Qvido van Rossum


8. Aşağıdakı proqram nəyi hesablayır?
s = 0
for i in range (a, b+1):
   x = i % 3
   if x == 0:
       s = s + 1
print(s)

A) a-dan (b+1)-ə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin sayını
B) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin sayını
C) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin cəmini
D) a-dan (b+1)-ə qədər ədədlər içərisində 3-ə bölünən ədədlərin cəmini
E) a-dan b-yə qədər ədədlər içərisində 3-ə bölünməyən ədədlərin sayını


9. Aşağıdakı proqram icra olunduqdan sonra nəticə neçə olacaq?
n = 3
y = n%2
if y:
   x = pow(n, 2)
else:
   x = pow(n, 3)
print(x)

A) 9
B) 27
C) 0 (sıfır)
D) 1
E) 6


10. Aşağıdakı proqram hansı funksiyanı yerinə yetirir?
y = n//2
s = 0
for i in range (2, y+1):
   x = n % i
   if x==0:
        s = s + i
print(s)

A) n ədədinin sadə vuruqlarının sayını hesablayır
B) n ədədinin müsbət tam bölənlərinin cəmini hesablayır
C) n ədədinin mərtəbə sayını hesablayır
D) n ədədinin müsbət tam bölənlərinin sayını hesablayır
E) n ədədinin müsbət tam bölənlərini hesablayır