Yoxlama nəticələri

1. Proqramların üzünün çıxarılması üçün qoyulmuş müdafiəni sındıra bilən, amma proqramlarda zəif yerlərin tapılması və müvafiq utilitlərin yazılmasını bacarmayan adamlar necə adlandırılır?
A) User
B) Hacker
C) Cracker
D) Script kiddie
E) Pirate


2. Hər hansı məlum virusa yoluxmuş faylı aşkarlamağa imkan verən antivirus hansıdır?
A) Detektorlar
B) Faqlar
C) Müfəttişlər
D) Süzgəclər
E) Vaksinlər


3. Doğru mülahizəni seçin.
1. Rəqəmli imzada şifrləmə üçün açıq açar istifadə edilir
2. Rəqəmli imzada şifrləmə üçün gizli açar istifadə edilir
3. Rəqəmli imzada deşifrləmə üçün gizli açar istifadə edilir
4. Rəqəmli imzada deşifrləmə üçün açıq açar istifadə edilir

A) yalnız 1
B) 1 və 3
C) yalnız 2
D) 2 və 3
E) 2 və 4


4. Aşağıdakı mülahizələrdən hansı doğrudur?
A) Kompüter cinayət aləti ola bilər
B) Kompüter cinayətin hədəfi ola bilər
C) Kompüter cinayətli məqsədlərə çatmaq üçün yardımçı vasitə ola bilər
D) Mülahizələrin hamısı
E) Mülahizələrin heç biri


5. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 15 olan Sezar şifri ilə “PROQRAM” sözü şifrlənmişdir. Şifrlənmiş mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z

A) DECRFSA
B) CDBYDJ0
C) DECZEKA
D) EƏC0ƏQB
E) DECYEKA


6. Hansı antiviruslar kompüter hücumları mümkün olan yerlərdəki dəyişikliklərə nəzarət edir?
A) Detektorlar
B) Həkimlər
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər


7. Video-müşahidə kameraları, elektron qıfıllar və s. hansı mühafizə sisteminə aiddir?
A) Proqram-aparat
B) Mühəndis-texniki
C) Təşkilati
D) Qanunverici
E) Heç biri


8. “İstifadəçidən icazəsiz informasiyaları toplayır və onları “cinayətkara göndərir”. Söhbət hansı ziyanlı proqramdan gedir?
A) Worm
B) Trojan
C) Hoax
D) Stealth
E) Polymorph


9. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 3 olan Sezar şifri ilə şifrlənmə nəticəsində “QPVGTPGV” şifrlənmiş mətni alınmışdır. İlkin mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z

A) İNTERNET
B) İNTERVAL
C) İNTRANET
D) JOUƏSOƏU
E) IMŞDPMDŞ


10. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 5 olan Sezar şifri ilə “HACKER” sözü şifrlənmişdir. Şifrlənmiş mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z

A) KEFÖHV
B) QƏGÖXV
C) KEGÖHÜ
D) QƏFOXÜ
E) KEFOHÜ