1. Aşağıdakılardan hansı kompüterin əsas qurğusu deyil?
A) monitor
B) klaviatura
C) modem
D) siçan
E) sistem bloku
2. Trackball hansı qurğunun analoqu ola bilər?
A) lazer printer
B) coystik
C) diyircəkli maus
D) lazer maus
E) taçpad
3. ... qurğuların, proqramların və insanın qarşılıqlı əlaqəsini təmin edən vasitələr və qaydalar çoxluğudur.
A) kontroller
B) port
C) şin
D) interfeys
E) drayver
4. Uyğunluğu müəyyən edin:
1. Xarici yaddaş qurğuları
2. Giriş qurğuları
3. Daxili yaddaş qurğularıa. klaviatura, maus
b. əməli yaddaş, daimi yaddaş qurğusu
c. monitor, səsucaldan
d. printer, plotter
e. CD-ROM, DVD-RW
A) 1 – e; 2 – a; 3 – b
B) 1 – c; 2 – a; 3 – b
C) 1 – d; 2 – a; 3 – b
D) 1 – e; 2 – c; 3 – a
E) 1 – d; 2 – c; 3 – e
5. Aşağıdakı printerlərdən hansılar zərbəlidir?
I. dot matrix; II. laser-jet; III. ink-jet
A) yalnız II
B) I və II
C) yalnız III
D) II və III
E) yalnız I
6. 2-ci nəsil EHM-lərin element bazasını nə təşkil edirdi?
A) çox böyük inteqral sxemlər
B) yarımkeçirici tranzistorlar
C) elektron lampalar
D) mikroprosessorlar
E) böyük inteqral sxemlər
7. Hansılar sistem blokunun növləridir?
I. AT; II. CRT; III. İSA; IV. ATX
A) I, II
B) II, III
C) III, IV
D) II, IV
E) I, IV
8. Aşağıdakılardan hansılar daxiletmə qurğusudur?
I. Floppy disc; II. Barcode; III. Proyektor; IV. Joystick; V. Speaker
A) I, II
B) I, V
C) II, IV
D) III, IV
E) III, V
9. Aşağıdakılardan hansı skanner növü deyil?
A) handheld
B) flatbed
C) impact
D) sheet-fed
E) overhead
10. Prosessorun əsas parametrləri hansılardır?
1.Kadrların əks olunma tezliyi
2.Müdafiə dərəcəsi
3.Takt tezliyi
4.Keş yaddaşın tutumu
5.Diaqonal üzrə ölçüsü
6.Mərtəbəliliyi
7.İşçi gərginliyi
8.Piksellərin (nöqtələrin) sayı
A) 1, 2, 5, 8
B) 2, 3, 4, 6
C) 3, 4, 6, 7
D) 3, 4, 5, 6
E) 1, 3, 4, 6