Molekullarının tərkibi eyni olub, kimyəvi quruluşu və xassələri ilə bir-birindən fərqlənən maddələrə izomerlər, həmin hadisəyə isə izomerlik deyilir.
    İzomerliyin iki növü ayırd edilir: quruluş və fəza izomerliyi.
    Quruluş izomerliyi molekullarda atomları müxtəlif ardıcıllıqla yerləşməsi ilə əlaqədardır və aşağıdakı səbəblərdən meydana gəlir:
1) karbon zəncirinin quruluşuna görə
2) karbon zəncirində əvəzedicinin vəziyyətinə görə
3) ikiqat və üçqat rabitələrin karbon zəncirində vəziyyətinə görə
4) funksional qruplarınn qarşılıqlı vəziyyətinə görə
5) müxtəlif siniflərrə aid olan maddələr arasında izomerlik. Məsələn, etilen sırası karbohidrogenləri və tsikloparafinlər, asetilen və dien karbohidrogenləri, biratomlu spirtlər və efirlər, aldehidlər və ketonlar, karbon turşuları və esterlər bir-biri ilə izomerdir.
6) Tautomerlik - hidrogen atomunun bir atomdan digərinə keçməsi və bu səbəbdən ikiqat rabitənin yerinin dəyişməsinə görə.
    Fəza izomerliyi (stereoizomerlik) molekulda atomların birləşməsi ardıcıllığı eyni qalmaqla, müəyyən atomun və ya atomlar qrupunun fəzadda müxtəlif cür yerləşməsi nəticəsində yaranır.
    Ən geniş yayılmış fəza izomerliyi həndəsi və optiki izomerlikdir.
    Həndəsi izomerlik (sis-trans və ya sin-anti izomerlik) ikiqat rabitəli karbohidrogenlər üçün xarakterikdir. O, ikiqat C=C rabitəsinin hər bir karbon atomunun müxtəlif atom və ya atom qrupları ilə birləşdiyi maddələrdə meydana çıxır.
    Sis- izomerlərdə əvəzedicilər ikiqat rabitənin π - müstəvisinə nəzərən eyni tərəfdə, trans - izomerdə isə müxtəlif tərəflərdə yerləşir.
    Optiki izomerlik optik fəal maddələrdə, onların polyarizasiya olunmuş işıq şüasının polyarizasiya müstəvisini sağa, yaxud sola fırlatması nəticəsində yaranır.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png